NATO-nun yeni konsepsiyası...
01.07.2022 [10:32]
Qlobal müharibənin tərəfləri bəlli oldu
Pərviz SADAYOĞLU
NATO-nun Madrid Sammitinin yekun deklarasiyası qurumun yeni konsepsiyasının detallarını özündə birləşdirməkdədir. Aylardır davam edən Rusiya-Ukrayna müharibəsinin fonunda yeni inkişaf konsepsiyası qəbul etməklə NATO daha fərqli hədəflər uğrunda mübarizəyə hazırlaşdığını da bəyan etmiş oldu. Başqa sözlə, lokal müharibədən qlobal savaşa keçid mərhələsində tərəflərin müəyyənləşməsi prosesi artıq başa çatır. Vurğulayaq ki, yeni konsepsiyaya əsasən NATO hələ də müdafiə alyansı kimi tanınır və alyansın heç bir ölkə üçün təhlükə yaratmadığı bildirilir: “NATO bizim kollektiv müdafiəmizin təməli və müttəfiqlər arasında təhlükəsizlik məsləhətləşmələri və qərarlar üçün vacib forum olaraq qalır”.
Bildirilir ki, NATO müttəfiqləri demokratiya, fərdi azadlıq, insan hüquqları və qanunun aliliyinə sadiqlikdə həmrəydir: “Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edir, qaydalara əsaslanan beynəlxalq nizamı qorumağa sadiq qalırıq”.
Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri Rusiya ən sərt şəkildə pisləməklə yanaşı, hazırda dünyada baş verən iqtisadi böhranları da Kremlin “ayağına yazır”. Onlar bildirirlər ki, “Rusiya hərbi əməliyyatları ilə dünyada milyardlarla insana təsir edən ərzaq və enerji böhranını qəsdən şiddətləndirib”. Müttəfiqlər Ukrayna taxılının ixracını təmin etmək və qlobal ərzaq böhranını yüngülləşdirmək istiqamətində beynəlxalq səyləri dəstəkləmək üçün yaxından işləyirlər: “Biz Rusiyanın yalanlarına qarşı durmağa və onun məsuliyyətsiz ritorikasını rədd etməyə davam edəcəyik. Rusiya dərhal bu müharibəni dayandırmalı və Ukraynadan çıxmalıdır. Belarus bu müharibədə iştirakına son qoymalıdır”.
Göründüyü kimi, müttəfiqlər Rusiya ilə Ukrayna arasında gedən hərbi əməliyyatların “sərhədlərini” genişləndirməklə, daha doğrusu bu əməliyyatları hər şeyin baiskarı elan etməklə açıq mövqe nümayiş etdirirlər. NATO Rusiya Federasiyasını müttəfiqlərin təhlükəsizliyinə, Avro-Atlantik məkanda sülh və sabitliyə ən böyük və birbaşa “təhdid” adlandırır. Yeni konsepsiyada o da vurğulanır ki, terrorizm bütün forma və təzahürlərində xalqlarımızın təhlükəsizliyinə, beynəlxalq sabitlik və rifaha birbaşa təhdid yaratmağa davam edir. “Biz terrorizmi qəti şəkildə rədd edir və ən sərt şəkildə pisləyirik. Müttəfiqlər qətiyyət və həmrəyliklə Rusiyanın təhdidlərinə qarşı durmağa və onun düşmənçilik hərəkətlərinə cavab verməyə və beynəlxalq hüquqa uyğun şəkildə terrorizmlə mübarizəyə davam edəcək”.
Yekun deklarasiyada kiber, kosmik, hibrid və digər asimmetrik təhdidlər və yeni yaranan və təhlükəli texnologiyalardan zərərli istifadə də təhdid kimi xarakterizə olunur. Digər tərəfdən, bu bənddə həm də NATO-nun yeni hədəfləri və planları “gün üzünə çıxır”: “Biz maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyan və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışan Çin Xalq Respublikası da daxil olmaqla, sistemli rəqabətlə üzləşirik. Sərhədlərimizdən kənarda qeyri-sabitlik qanunsuz miqrasiyaya və insan alverinə gətirib çıxarır”.
Sənəddə NATO müttəfiqləri bəyan edib ki, bütün təhdid və təhlükələrə qarşı NATO cavab verəcək və yeni düzənə adaptasiya olacaq: “Biz bütün Müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün uzun müddət üçün çəkindirmə və müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Biz bunu quru, hava, dəniz, kiber və kosmos sahələrində və bütün təhdid və çağırışlara qarşı 360 dərəcə yanaşmamıza uyğun olaraq edəcəyik”.
Bu yeni konsepsiya dünyada yeni qlobal savaşın ilk rəsmi təsdiqi ehtimalını yaradır. Belə ki, aylardır davam edən lokal Rusiya - NATO çəkişməsi yeni dövrdə Şərqdən-Qərbə doğru irəliləyəcək qitələrarası savaşa transformasiya oluna bilər. Nəticə etibarı ilə, konsepsiyada “düşmənlərin” açıq hədəf kimi göstərilməsi də bunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

