Altıncı paket bloklansa da...
20.05.2022 [10:41]
Avropa İttifaqı öz mövqeyində israrlı görünür
Nardar BAYRAMLI
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilib. Bu prosesdə ABŞ və Avropa İttifaqı ölkələri daha çox fəallıq göstərir. Bir müddət öncə isə Avropa İttifaqı Rusiyadan neft idxalını qadağan edən altıncı sanksiyalar paketini təklif etmişdi. Lakin Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi bloklanıb. Bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Centiloni bildirib. “Biz çox tez və yekdilliklə beş sanksiya paketini qəbul etdik, lakin altıncı paket məlum səbəblərdən hələ də qüvvəyə minməyib”-deyən Avropa İttifaqının komissarı tezliklə müzakirə iştirakçılarının kompromis əldə edə biləcəklərinə ümid etdiyini söyləyib.
Xatırladaq ki, altıncı paketdə Rusiya xam neftindən 6 ay ərzində, neft məhsullarından isə bu ilin sonuna qədər imtina edilməsi nəzərdə tutulurdu. Bundan başqa, paketə Rusiyanın bir sıra banklarının SWIFT banklararası ödəniş sistemindən çıxarılması və Rusiyanın üç dövlət televiziya kanalının Avropa İttifaqı ərazisində yayımının dayandırılması daxil idi. Lakin Rusiya neftindən xeyli dərəcədə asılı olan Macarıstan və bir sıra digər ölkələr sanksiyalara qarşı çıxıblar. Belə olan halda, Aİ tərəfindən yeni sanksiyalar təqdim oluna bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, təqdim olunan altıncı paket gündəmdən tam çıxarılmayıb. Onun sözlərinə görə, bəzi dövlətlər həmin sanksiyaları qəbul etməsə də, Aİ rəhbərliyi mövqeyini dəyişməyib: “Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Centiloni də mətbuata açıqlamasında altıncı paketlə bağlı kompromis tapılması perspektivlərinə nikbin baxdığını deyib. Əgər bu təkliflər qəbul edilməsə belə, gələcəkdə yeni sanksiyalar paketinin təqdim olunması istisna deyil. Çünki ABŞ və Qərb dövlətləri Ukraynaya hücum edən Rusiyanı zəiflətmək üçün bütün mümkün sanksiyaları nəzərdən keçirirlər. Bu səbəbdən yeni sanksiyalar paketinin gündəmə gəlməsi istisna deyil. Ümumiyyətlə, altıncı paketlə bağlı ümumi razılıq olmasa da, Avropa İttifaqı tədricən Rusiyadan enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Təbii ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asılılığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün, hətta texniki baxımdan da asan məsələ deyil. Amma Avropanın siyasi paytaxtı olan Brüsseldə məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, daha çox təhlükəsizlik aspektindən yanaşırlar. Ona görə də, Avropa İttifaqı altıncı paketin qəbul edilməsi üçün müzakirələri davam etdirməkdə maraqlıdır”.
İqtisadçı millət vəkili qeyd edib ki, xam neftə və neft məhsullarına sanksiyaların tətbiq olunması Rusiyanın gəlirlərinə xeyli dərəcədə mənfi təsir edəcək: “Bu təsir 100 milyard dollardan çox olacaq. Rusiya xam neft və neft məhsullarının 70 faizini ABŞ və Avropa ölkələrinə ixrac edirdi. Bu, özlüyündə önəmli bir bazardı. Bu bazarın itirilməsinin Rusiya iqtisadiyyatı üçün mənfi təsiri çox ciddi olacaq. Əgər Avropa İttifaqı ölkələri sanksiyalarla bağlı razılığa gəlsələr, yeni proseslərin baş verəcəyinin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

