Türkiyənin məntiqli şərtləri
19.05.2022 [09:55]
ABŞ və Avropa dövlətləri Türkiyənin şərtlərini anlayışla qarşılamalıdır
Nardar BAYRAMLI
Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gəlib. Ötən həftə hər iki ölkə bu məqsədlə rəsmən NATO-ya müraciət ünvanlayıb. Mayın 21-22-də isə İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısında bu məsələyə baxılacağı gözlənilir. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət yanaşmadığını bəyan edib.
Artıq belə məlumatlar var ki, Türkiyə NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçə on şərtdən ibarət təkliflər paketi göndərəcək. Bu barədə Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, hər iki ölkə Türkiyə ilə alyansda müttəfiqlik münasibətlərində olması üçün müəyyən şərtləri yerinə yetirməlidir. “Sabah” bildirir ki, Türkiyə İsveç və Finlandiyadan rəsmi Ankaranın terrorçu hesab etdiyi təşkilatların üzvlərinin parlamentlərə qəbulunu dayandırmağı, həmçinin İŞİD terror qruplaşması ilə mübarizə adı altında kürd birləşmələrinə maliyyə dəstəyini dayandırmağı tələb edir. Eyni zamanda, Ankara NATO üzvlüyünə namizədlərdən Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyi ilə təmasdan qaçmağı, ölkələrində Türkiyədə qadağan olunmuş Fətullah Gülənin təşkilatının üzvlərinin fəaliyyətini dayandırmağı tələb edəcək. Türkiyə həmin ölkələrdə qadağan edilmiş təşkilatların axtarışda olan üzvlərinin ekstradisiyası prosedurunun sürətləndirilməsini, eləcə də “Türkiyənin təhlükəsizliyinə qarşı hər hansı hərəkətə” dəstəyi dayandırmağı tələb edəcək. Qəzet onu da yazır ki, rəsmi Ankara İsveç və Finlandiyanı terrorizmlə mübarizədə Türkiyə ilə müntəzəm məsləhətləşmələri və sıx əməkdaşlığı dəstəkləyəcək mexanizm yaratmaq üçün birgə təşəbbüslə çıxış etməyə dəvət edir. Eyni zamanda, Türkiyə Skandinaviya ölkələrində terror təşkilatlarının pul axınının kəsilməsini, onların bank hesablarının bağlanmasını tələb edəcək.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkiyə öz mövqeyində tamamilə haqlıdır. Onun sözlərinə görə, NATO-da Türkiyəyə müttəfiq olacaq ölkələr terror təşkilatı olan YPG/PKK-ya dəstək verməməlidir: “Təəssüf ki, İsveç və Finlandiya açıq şəkildə həmin terror təşkilatına dəstək verirlər. Halbuki, ABŞ və bir sıra Avropa ölkələri PKK-nı çoxdan terror təşkilatı kimi tanıyıblar. Belə olan halda, İsveç və Finlandiyanın terror təşkilatına dəstəyi yolverilməzdir. Artıq məlumatlar var ki, hər iki ölkənin xarici işlər nazirləri Ankaraya səfər edəcək. Təbii ki, səfər zamanı Türkiyə tərəfi öz şərtlərini açıq şəkildə onlara təqdim edəcək, haqlı mövqeyini bir daha çatdıracaq. İrəli sürülən şərtlər tamamilə məntiqlidir. Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, amma terroru dəstəkləyən ölkələrin alyansa qoşulmasına qarşıdır. Bu səbəbdən də, İsveç və Finlandiya terrorçuları dəstəkləməyə son qoymalıdır”.
Millət vəkili qeyd edib ki, NATO-nun digər üzvləri, ABŞ və Avropa dövlətləri birtərəfli mövqe nümayiş etdirməməli, Türkiyənin şərtlərini anlayışla qarşılamalıdırlar: “Biz müşahidə edirik ki, NATO rəhbərliyi və üzv dövlətlər İsveçlə Finlandiyanın alyansa üzvlüyünə çox müsbət yanaşır. Amma onlar Türkiyənin narahatlığını anlamalı, hər iki ölkəni terror təşkilatını dəstəkləməkdən çəkindirməlidirlər. Çünki terrorizm bütün dünya üçün böyük təhlükədir. Əgər PKK Avropanın mərkəzində, eləcə də İsveç və Finlandiyanın özündə terror törətsə, eyni yanaşmanı davam etdirəcəklərmi? Əlbəttə ki, yox. Ona görə də, terror təşkilatlarına fərqli yanaşma olmamalıdır. Hazırki şəraitdə Finlandiya və İsveçin NATO-ya qoşulması üçün Türkiyənin tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Təsadüfi deyil ki, bu günlərdə Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentində çıxışı zamanı Türkiyənin irəli sürdüyü şərtləri qəbul edə biləcəklərini söyləyib. Çünki Türkiyə güclü dövlətdir və onunla hesablaşmamaq mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

