Vaşinqton çağırış etdi...
13.01.2022 [10:37]
KTMT-nin reaksiyası necə olacaq?
Nardar
ABŞ Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstandan qısa müddətdə çıxarılmasında maraqlıdır. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bildirib ki, ölkəsi KTMT-nin sülhməramlı kontingentinin Qazaxıstanda öz missiyasını yerinə yetirməsi barədə elanı alqışlayır və kontingenti bu ölkənin hakimiyyət orqanlarının tələbi ilə respublikanı tez bir zamanda tərk etməyə çağırır. “Biz Almatıda vəziyyətin sakitləşməsi ilə bağlı xəbərləri, həmçinin Prezident Kasım-Jomart Tokayevin KTMT sülhməramlı qüvvələrinin öz missiyasını yerinə yetirməsi barədə açıqlamasını da alqışlayırıq. Qüvvələr geri çəkildikdə, biz bütün sülhməramlıları beynəlxalq insan hüquqlarına hörmət etməyə və Qazaxıstanın tələb etdiyi kimi, ölkəni dərhal tərk etmək öhdəliyini yerinə yetirməyə çağırırıq”,- deyə Ned Prays vurğulayıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoli Blinken Qazaxıstan hakimiyyətinin KTMT-nin iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadir olduğunu bildirmişdi. O demişdi ki, bizim Qazaxıstanın təcili yardım üçün KTMT-yə müraciətinin mahiyyəti ilə bağlı suallarımız var: “Sözsüz ki, Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, Qazaxıstan liderlərinin hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil”. Təbii ki, E.Blinkenin bu açıqlaması KTMT qüvvələrinin Qazaxıstana göndərilməsinin ABŞ tərəfindən xoş qarşılanmamasının göstəricisi idi. Bu baxımdan, ABŞ-ın KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması ilə bağlı çağırışı anlaşılandır.
Bəs ABŞ niyə həmin kontingentin tez bir zamanda Qazaxıstandan çıxarılmasında maraqlıdır?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, son illər ABŞ Qazaxıstan üzərindən Mərkəzi Asiyada özünün geosiyasi mövqelərini möhkəmləndirməyə cəhdlər edir. Onun sözlərinə görə, bu region həm də Çinin genişlənmə siyasətini cilovlamaq baxımından ABŞ üçün böyük əhəmiyyət kəsb edir: “Bu amilləri nəzərə alaraq ABŞ Nazarbayev hökuməti ilə münasibətlərini xeyli inkişaf etdirmişdi. Hətta iki ölkə arasında müdafiə və hərbi sahədə də müəyyən sənədlər imzalanmışdı. Bu baxımdan, ABŞ-ın gec də olsa, Qazaxıstandakı proseslərə dair narahatlığını ifadə etməsi gözlənilən idi. Əvvəlcə Rusiyanın Qazaxıstandan çətinliklə çıxacağına eyham vuran bir bəyanat gəldi, ardınca isə KTMT-nin hələ uzun müddət Qazaxıstanda qalacağına dair şübhələrin artması fonunda rəsmi Vaşinqton nisbətən daha sərt mövqe ortaya qoyaraq bəhs olunan qüvvələrə Qazaxıstanı tərk etmək çağırışı etdi. Xüsusən, Rusiya Prezidentinin “KTMT vəziyyət tam sabitləşənədək Qazaxıstanda qalacaq” açıqlaması ABŞ tərəfində ciddi təşvişə səbəb oldu”.
Politoloqun fikrincə, gedişat onu göstərir ki, Rusiya postsovet regionunda özünün hərbi mövcudluğunu artırmaqda niyyətlidir: “Üstəlik, Qazaxıstandakı hadisələr KTMT-nin effektiv müdaxiləsi baxımından Qərb üçün mənfi bir presedent yaratdı. Yəni digər ölkələrdə də bu kimi etiraz nümayişlərinin Rusiyanın dominant statusa sahib olduğu bir hərbi blok tərəfindən yatırılmasının mümkünlüyü ortaya qoyuldu. Bir növ, KTMT-nin timsalında Rusiya Qərbdəki rəqiblərinə qarşı əzələ nümayişi etdi. ABŞ isə öz növbəsində eyni presedentin digər ölkələrdə də tətbiq olunacağından çəkinir. Rusiyanın son vaxtlar Ukrayna və digər postsovet ölkələri ilə bağlı NATO qarşısında ağır şərtlər irəli sürməsi bu narahatlığın kifayət qədər əsaslı olmasından xəbər verir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

