“Taliban”dan Rusiyaya çağırış - Rəsmi Moskva susur...
26.11.2021 [10:23]
Radikal qruplaşmanın investor planında Kreml faktoru...
Əfqanıstanda hakimiyyəti ələ almış “Taliban” qruplaşması radikal silahlı birlik “damğa”sından xilas olmaq üçün region ölkələri ilə əlaqələri inkişaf etdirmək fikrinə düşüb. Belə ki, Çin və Türkiyənin ardından bu dəfə Rusiyaya müraciət olunub. Qruplaşma liderləri Rusiyadan olan iş adamlarını, investorları və sahibkarları Əfqanıstana investisiya yatırmağa, fəaliyyət göstərməyə çağırıb. Bunu Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilmiş “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Süheil Şahin deyib. O bildirib ki, rusiyalı iş adamları tərəfindən qəbul ediləcəyi təqdirdə ölkəsi tərəfindən alqışlanacaq və onlara lazımi şərait yaradılacaq. Şahin qeyd edib ki, “Taliban” ölkənin investorlar üçün əlverişli olan qanunlarına əməl edir. Yeri gəlmişkən, hazırda “Taliban” hökumət ehtiyatlarının yalnız 0,1%-nə (9,4 milyard dollar) çıxış əldə edə bilir, çünki onların əhəmiyyətli bir hissəsi ABŞ tərəfindən dondurulub. “Taliban” Əfqanıstanın dövlət ehtiyatlarının üzərindəki bu qadağanın qaldırılması tələbi ilə dəfələrlə ABŞ-a müraciət etsə də, Ağ Ev buna razılaşmayıb. ABŞ, eləcə də digər Qərb ölkələri Əfqanıstan dövlətinə maliyyə yardımına “Taliban”ın gələcək fəaliyyəti əsasında baxa bilər.
Qeyd edək ki, “Taliban”ın bu “arzu”su Rusiya tərəfindən hələlik rəsmi şəkildə cavablandırılmayıb. Bununla belə, rəsmi Moskvanın davranışları onu deməyə əsas verir ki, indiki halda belə bir işbirliyinin baş tutacağı ehtimalı istisna olunur. Bir neçə gün öncə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olduğu ölkələrin 400-ə yaxın vətəndaşını Əfqanıstandan təxliyə etməsi bu ehtimalı daha da gücləndirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın bu addımını Əfqanıstandakı destabilliklə əlaqələndirmişdi.
Digər tərəfdən, Rusiya hələ də Əfqanıstanda hakimiyyəti ələ almış “Taliban”ın “hərəkət trayektoriyası”ndan narahatdır. Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Qrebenkin “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki, Əfqanıstandan olan yaraqlılar və terrorçular Mərkəzi Asiya regionu dövlətlərinə, oradan isə dövlət sərhədinin Rusiya-Qazaxıstan hissəsi vasitəsilə Rusiyaya keçə bilərlər. Qrebenkin vurğulayıb ki, proses nikbinliyə əsas vermir. Onun sözlərinə görə, öz vətəndaşlarını məhkəməsiz qətlə yetirməsi fonunda bu ölkədə ictimai-siyasi vəziyyətin ardıcıl olaraq deqradasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı real təhlükə yaradır.
Nəticə etibarı ilə, “Taliban”ın “açılım” planı hələ də özünü doğrultmur. İstər Mərkəzi Asiya regionu ölkələri, istərsə də əsas siyasi-iqtisadi aktorlar Əfqanıstanda hakimiyyəti ələ almış bu qrupu “tərəfdaş” qismində deyil, real təhlükə mənbəyi kimi görürlər. Bu mənada, Rusiyanın da yeni dönəmdə Əfqanıstan “bataqlığı”na geri dönəcəyi inandırıcı görünmür. Hətta “Taliban”a güvənsizlik fonunda KTMT-nin sərhədlərinin möhkəmləndirilməsi istiqamətində daha qətiyyətli addımların atılacağı gözlənlir.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15

