Paşinyan nazirini niyə cəzalandırdı?
16.11.2021 [10:20]
Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayından ölkənin müdafiə naziri postunu tutan Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul edib. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Karapetyanın vəzifəsindən azad edilməsinin səbəblərini açıqlayıb. Təhlükəsizlik Şurasının iclasında məsələ ilə bağlı çıxış edən hökumət başçısı bildirib ki, A.Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb.
Baş nazir qeyd edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır: “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı”.
Baş verənlər Ermənistanın siyasi və hərbi rəhbərliyi arasında qarşıdurmanın olduğuna dair fikirlər yaradır. Karapetyanın Xankəndiyə qanunsuz səfəri də onun nazir postundan uzaqlaşdırılmasına səbəb ola bilər. Belə olan halda, Paşinyan nazirini cəzalandıraraq, Azərbaycanın diktə etdiyi qayda-qanunla hesablaşdığını bildirir. Maraqlıdır, Ermənistan hakimiyyəti keçmiş müdafiə nazirini cəzalandırıb, yoxsa əksinə, yeni siyasi fiqurla müharibəyə start verməyə hazırlaşır?
A.Karapetyanın vəzifəsindən azad edilməsi və onun yerinə S.Papikyanın təyin olunmasını şərtləndirən səbəbləri “Yeni Azərbaycan”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan Müdafiə Nazirliyindəki kadr dəyişikliyi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandığı üstünlüklə bağlıdır.
Azərbaycan sərhədçilərinin qışa qədər strateji mövqelərdə möhkəmlənməyə davam etdiklərini vurğulayan politoloq qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışırdı, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlmalar gəldi:
“Arşak Karapetyan nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi. Nikol Paşinyan də elə buna görə onu istefaya göndərdi. Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq. Ancaq onun Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu, Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq. Biz öz işimizi davam etdirməliyik. Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

