Los-Ancelesdə Azərbaycan multikulturalizmindən danışılıb
08.11.2016 [09:52]
ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (AYK) və “Beverli Hils Emanuel Məbədi” sinaqoqunun birgə təşkilatçılığı ilə noyabrın 3-də Azərbaycana dair geniş təqdimat keçirilib.
Əvvəlcə AYK-nın Los-Anceles üzrə regional nümayəndəliyinin vitse-prezidenti Culi Bram və “Beverli Hils Emanuel Məbədi”nin dini rəhbəri Ravvin Sara Bassin çıxış edərək tədbirin önəmindən danışıblar. AYK-nın Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan C.Bram Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin beynəlxalq aləm tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib. Ravvin S.Bassin isə rəhbərlik etdiyi icmanın Azərbaycan ilə bağlı daha geniş məlumatların əldə edilməsinə böyük marağının olduğunu, bugünkü tədbirin də məhz bu məqsədlə təşkil olunduğunu qeyd edib.
Ravvin S.Bassinin aparıcılıq etdiyi tədbirdə ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verib, ölkəmizin qədim dövlətçilik ənənələrindən bəhs edib. O, Azərbaycanda hələ 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanın təsis edildiyini, 1919-cu ildə qadınlara ilk dəfə səsvermə hüququnun verildiyini, ölkəmizin dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu bildirib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən ölkəmizin ilk illərdə üzləşdiyi siyasi-iqtisadi çətinlikləri qeyd edən baş konsul bu çətinliklərə mətanətlə sinə gərən Azərbaycanın müstəqil dövlət kimi inkişafından və çağdaş bir dövlətə çevrilməsindən danışıb. Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edən N.Ağayev ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, şiə-sünni münasibətlərində yüksək harmoniyanın mövcud olduğunu və bu harmoniyanın dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan dövlətinin xüsusi diqqəti və dəstəyi nəticəsində dövlət siyasətinə çevrilib.
N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Bu səpkidə Xocalı və yəhudi soyqırımları (Holokost) arasında oxşarlıqların olduğunu, hər iki faciədə bir tərəfin qarşı tərəfi tamamilə yox etmək niyyəti ilə qeyri-insani vəhşiliklər törətdiyini vurğulayıb. Diplomat, həmçinin İsrail Prezidenti Reuven Rivlinin ötən il BMT-də etdiyi çıxışında Holokostdan sonra törədilmiş soyqırımları kontekstində Xocalı soyqırımını ayrıca vurğulamasının Azərbaycanda rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Çıxışdan sonra baş konsul tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

