/ / “The Washington Post” qəzeti Azərbaycan əleyhinə qanun layihəsinin qəbulunun qeyri-mümkünlüyünün səbəblərini açıqlayıb
“The Washington Post” qəzeti Azərbaycan əleyhinə qanun layihəsinin qəbulunun qeyri-mümkünlüyünün səbəblərini açıqlayıb
22.01.2016 [10:07]
“The Washington Post” qəzetində Oksford Universitetinin doktorantı Samuel Ramaninin Azərbaycana həsr etdiyi məqaləsi dərs edilib. O, məqalədə konqresmen Kristofer Smitin Azərbaycan əleyhinə sanksiyalar üzrə qanun layihəsinin qəbul edilməyəcəyinin səbəblərini açıqlayıb. Müəllif yazır ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən mühüm enerji tranziti qovşağıdır, Prezident İlham Əliyev Gürcüstan və Ukrayna da daxil olmaqla ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan terrorizmə və islam radikalizminə qarşı mübarizədə Birləşmiş Ştatlarla həmrəydir.
S.Ramani qeyd edir ki, Bakı dünyada ikinci nəhəng neft kəmərinin başlanğıcını götürdüyü, Azərbaycan neftini Gürcüstan vasitəsilə Türkiyəyə nəql edən əsas məntəqədir. Amerika şirkətləri Xəzər dənizində neft-qaz sənayesinin işlənməsinə əsaslı töhfələr veriblər, Buş və Obama administrasiyaları ABŞ-ın geosiyasi maraqlarını nəzərə alaraq regiondan enerji ehtiyatları axınını genişləndiriblər. Müəllif yazır: “2008-ci ildə Respublikaçılar partiyasından keçmiş senator və ABŞ Senatının xarici işlər komitəsinin rəhbəri Riçard Luqar Azərbaycanı Xəzər regionunda Amerikanın yeganə dostu, ABŞ-ın müttəfiqlərinə neft tədarükçüsü adlandırıb. Əgər Türkmənistan Trans-Xəzər qaz kəmərini tikə bilsə, dünya enerji ehtiyatları ticarətində Azərbaycanın əhəmiyyəti artacaq. Bu, öz növbəsində dünyada təbii qaz ehtiyatlarına görə dördüncü yeri tutan Türkmənistanı Avropa İttifaqı ilə bağlayacaq, Bakını tranzit enerji şəbəkəsinin mərkəzi edəcək.
Azərbaycan müstəqilliyinin bütün illərində beynəlxalq hüquq normalarını dəstəkləyib. Odur ki, o, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bununla da Birləşmiş Ştatlar ilə eyni mövqe nümayiş etdirir. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü ölkənin Dağlıq Qarabağ regionunu işğal edən Ermənistan tərəfindən pozulub”.
Müəllif xüsusilə 2001-ci ildə ABŞ-a edilmiş terror hücumundan sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə mühümlüyünü qeyd edir. Azərbaycan öz hava məkanını Amerika təyyarələri üçün açıb və tranzit qovşağı kimi xidmət göstərir. Buradan Əfqanıstana Amerika ordusu üçün yükün üçdə bir hissəsi (yanacaq, ərzaq ehtiyatı və geyim daxil olmaqla) daşınır. Bundan başqa, Azərbaycan islam radikalizminə qarşı mübarizədə də mühüm tərəfdaşdır.
Sonda Ramani yazır ki, ABŞ-ın geosiyasi maraqlarına uyğun olan bütün bu səbəbləri nəzərə alaraq, konqresmen Smitin belə demək mümkünsə “Demokratiyaya dəstək aktı”nın ABŞ Konqresində müzakirə zamanı uğur qazanacağına inanmaq çətindir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

