Birinci Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyası tənqid olunub
13.06.2015 [10:35]
Türkiyənin “Sabah” qəzetinin alman dili versiyasının saytında (www.sabahdeutsch.de) birinci Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyası ciddi tənqid edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Almaniya mediasının Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi qeyd edilib: “İyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında ilk Avropa Oyunları keçiriləcək. Qitənin 49 ölkəsindən 6 min atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Lakin Almaniyanın “Frankfurter Allgemeine Zeitung” və “Tagesspiegel” kimi nəşrləri insan haqları, mətbuat azadlığı üzərindən çıxış edərək Azərbaycanı tənqid edirlər. Bu tənqidlər ağlabatan görünmür”.
Məqalədə Azərbaycanın Berlindəki səfirliyinin məsələ ilə bağlı fikirləri də yer alıb: “Azərbaycan ilə bağlı hesabatların bir çoxu yalan və natamam informasiyalara söykənir. Azad mətbuatın belə qeyri-ciddi yanaşması bizi çox məyus edir”, - deyə Berlindəki səfirliyimiz qeyd edib.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyinin 24-cü ilini yaşayır. 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanda bir neçə telekanal və radiostansiya, 50 informasiya agentliyi, 200-dən çox qəzet fəaliyyət göstərir. Ölkədə müxalifət qəzetləri azad şəkildə və ən çox tirajla nəşr olunur. Əhalinin 70 faizi internetə məhdudiyyət olmadan çıxa bilir. İndiyə qədər heç bir jurnalist peşə səbəblərinə görə həbs olunmayıb. Azərbaycan dünyanın 40 ən güclü iqtisadiyyatı arasındadır. İşsizlik isə 5 faizdən də azdır.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edən sayt yazır: “Almaniya mətbuatı nə üçün bu məqamı qabartmır, bir milyondan çox qaçqın və məcburi köçkünün pozulan hüquqlarından bəhs etmir? Bu media Dağlıq Qarabağın qeyri-qanuni işğalına qarşı etiraz etməyib”.
İyunun 10-da Avropa Parlamentində keçirilən, iyunun 12-də isə Bundestaqda təşkil edilməsi planlaşdırılan Azərbaycan ilə bağlı dinləmələrə münasibət bildirən ölkəmizin Almaniyadakı səfirliyi insan haqları ilə bağlı ittihamları yanlış mövqe adlandıraraq deyib: “Bu ittihamları irəli sürənlər Ermənistanın etnik təmizləməyə məruz qoyduğu bir milyon insanın taleyi ilə maraqlanmırlar”.
Məqalədə Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etmək üçün ciddi hazırlaşdığı qeyd olunub. Görülən yüksək səviyyəli hazırlıq işləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir neçə idman mütəxəssisi tərəfindən təqdir olunub. P.Hikkinin sözlərinə istinad edən sayt yazır: “İdmanı siyasətə qatmaq doğru deyil”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

