Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının növbəti iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının növbəti iclası keçirilib

24.04.2015 [09:59]

Aprelin 21-23-də Moskva şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının üçüncü iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə Dövlət sərhədlərinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında təlimat imzalanıb.
Komissiya 2015-ci il üçün iş planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.
Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib və iclasın yekunu olaraq Protokol imzalanıb.

Paylaş:
Baxılıb: 1911 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30