İtaliyanın “Scambi Europei” portalı oxucuları Bakının turizm imkanları barədə məlumatlandırıb
17.03.2015 [10:14]
İtaliyanın “Scambi Europei” portalında “Azərbaycanın paytaxtı Bakıya xoş gəlmisiniz” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə qeyd edilir ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı Avropanın və Asiyanın kəsişdiyi nöqtədə, Xəzər dənizinin sahilində, neftlə zəngin bir ərazidə yerləşir. Azərbaycanın mədəni, sənaye və siyasi mərkəzi hesab olunan bu şəhərin adı “Badu-Kubə” - “küləklərin zərbəsi” və ya “Bad-Kiu” - “küləklər şəhəri” sözlərindən yaranıb.
Bakının tarixi haqqında məlumat verilən yazıda qeyd olunur ki, şəhərin əsas tarixi mərkəzi sayılan İçərişəhər 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub. Burada yerləşən Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr Bakının qədim simasını özündə əks etdirir. Azərbaycan, həmçinin bütün müsəlman Şərqində dünyəvi və peşəkar teatr sənətinin təşəkkül tapdığı ilk ölkədir.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu sırada 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresi böyük əhəmiyyət kəsb edir. Müəllif AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun AGİ agentliyinə müsahibəsinə istinadla yazır: “Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan tolerant mühitin hökm sürdüyü, dinin dövlətdən ayrı olduğu bir ölkədir. Azərbaycan, eyni zamanda, sülh və sabitlik baxımından da model ölkə olmağa can atır”.
Yazıda deyilir: “Əgər siz, qeyri-adi Bakının enerjisini, tarixini, həyəcanını hiss etmək istəyirsinizsə mütləq Azərbaycana səfər etməlisiniz. Bakının memarlıq üslubu olduqca cəlbedicidir. Burada qədimliklə müasirliyin unikal vəhdəti hər kəsi heyran edir. “Alov qüllələri” kompleksi, eyni zamanda, digər müasir tikililər çağdaş şəhərin görüntüsünü özündə əks etdirir”.
Heydər Əliyev Mərkəzi haqqında məlumat verilən məqalədə diqqətə çatdırılır ki, bina dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Özündə müasirliyi ehtiva edən bu nadir arxitektura nümunəsi dünya memarlığının şah əsərlərindən biri hesab olunur.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

