İsrail dövləti Xocalı soyqırımını tanıyır
06.03.2015 [09:57]
Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur
Azərbaycan dövlətinin çoxşaxəli fəaliyyəti nəticəsində Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi, onun dünya ictimaiyyətinə tanıdılması yönündə sistemli və ardıcıl işlər görülür. Ümumiyyətlə, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi həqiqətlərin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Yeri gəlmişkən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İƏT ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir. Bir sözlə, “Xocalıya ədalət!” kampaniyası Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırımı aktı kimi tanıması üçün mühüm əhəmiyyətə malikdir.
Sevindirici haldır ki, görülən işlər öz nəticələrini verməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də, Amerika Birləşmiş Ştatlarının 16 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Qeyd edək ki, 2015-ci ildə İsrail dövlətinin ali rəhbər şəxsləri öz rəsmi çıxışlarında Xocalı faciəsini soyqırımı aktı kimi ifadə ediblər. İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə bildirib: “Bu gün biz özümüzə sual verməliyik: bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi səmərəlidirmi? Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli oldumu? Bu, Xocalıda insanların faciəvi ölümünün qarşısının alınmasında nəticə verdimi? Biz taliblərin əfqanlıları qətlə yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Sutirada səmərəlidirmi? Bəs Nigeriyada?”.
Fevralın 26-da isə İsrailin Akko şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib: “Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz, lakin təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin”.
Bütün bunlar göstərir ki, Xocalı faciəsi İsrail parlamenti - Knesset tərəfindən soyqırımı kimi tanınmasa da, artıq İsrailin ali rəhbər vəzifəli şəxsləri bu qətliamı soyqırımı kimi tanıyır və qəbul edirlər. Bu isə öz növbəsində İsrail dövlətinin Xocalı soyqırımını tanıması deməkdir.
Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmlənməsinin qarşısını alır.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın bu sahədə artan fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisinin fəaliyyətini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını da artırmaqdadır. Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin soyqırıma məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur. Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının, erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər isə 100 il bundan əvvəl baş verdiyi iddia edilən uydurma “erməni soyqırımı” yalanlarını araşdırmaqdansa, cəmi 23 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımını tanısın ki, dünya bu kimi bəlalarla bir daha rastlaşmasın!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

