/ / Azərbaycan ilə Türkmənistan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan ilə Türkmənistan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
03.09.2014 [10:07]
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin açılış mərasimində iştirak etmək məqsədi ilə Türkmənistanın paytaxtı Aşqabadda səfərdə olub.
Təntənəli açılış mərasimindən sonra Hafiz Paşayev universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Sonra Hafiz Paşayevi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qəbul edib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Türkmənistan dövlətinin başçısına çatdırıb.
Onun da səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edən Türkmənistan dövlətinin başçısı ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Görüşdə Türkmənistan-Azərbaycan dialoqunun hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hafiz Paşayev son illər Azərbaycan ilə Türkmənistan arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşməsinin, həmçinin yanacaq-enerji və nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı əlaqələrin genişlənməsinin önəmini vurğulayıb.
Təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərindən danışan Hafiz Paşayev yeni istifadəyə verilən Aşqabad Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin Türkmənistanda tədrisin beynəlxalq səviyyədə təşkili üçün çox yaxşı imkanlar açacağını deyib.
Görüşdə vurğulanıb ki, dövlətlərimizin başçıları arasında dostluq və qarşılıqlı hörmət münasibətləri mövcud konstruktiv dialoqun bütün istiqamətlərdə dərinləşməsinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə töhfə verir.
Qeyd edilib ki, Xəzər regionunda qonşu olan ölkələrimiz müasir dövrün aktual problemlərinin həllinin daha optimal yollarının axtarılmasında strateji tərəfdaşlar kimi çıxış edirlər. Bu problemlərin ən vacibi, ilk növbədə, qlobal enerji təhlükəsizliyinin təmin edilməsidir.
Səfər çərçivəsində H.Paşayev Türkmənistanın xarici işlər naziri R.Meredov, Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Münasibətlər İnstitutunun rektoru B.Zaxırov ilə də görüşüb.
Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41

