“Amnesty İnternational” məsələlərə qeyri-səmimi münasibət və ikili yanaşma nümayiş etdirir
15.08.2014 [10:23]
ABŞ ordusunun Əfqanıstandakı hərbi cinayətlərini üzə çıxaran “Amnesty İnternational” bu müharibədən də iki dəfə artıq müddətdir davam edən və çoxlu sayda dinc azərbaycanlının ölümünə, fundamental hüquq və azadlıqlarının pozulmasına səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, həmçinin, Ermənistan ordusunun cinayətkar əməllərinə heç zaman ciddi diqqət göstərməyib
Məlum olduğu kimi, “Amnesty İnternational” təşkilatı bu günlərdə yaydığı “Qaranlıqda qalmışlar” adlı hesabatında ABŞ ordusunun Əfqanıstanda dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin hərbi rəhbərlik tərəfindən gizlədildiyini, günahkarların məsuliyyətdən yayındığını bildirib. Hesabatda xüsusən də, son beş ildə ABŞ hərbçilərinin yüzdən artıq mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən insidentlərdəki roluna diqqət yetirilib, hadisə qurbanlarının və onların yaxınlarının pozulan hüquqlarından bəhs olunub.
Maraqlıdır ki, “Amnesty İnternational” Əfqanıstandakı müharibədən də iki dəfə artıq müddətdir ki, davam edən və çoxlu sayda dinc azərbaycanlının ölümünə, fundamental hüquq və azadlıqlarının pozulmasına səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Ermənistan ordusunun cinayətkar əməllərinə heç zaman belə ciddi diqqət göstərməyib. Halbuki, bəlli olduğu kimi, Ermənistanın 1980-ci illərin sonlarından etibarən həyata keçirdiyi etnik təmizləmə və işğal siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından, eləcə də, Azərbaycan əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayondan didərgin salınıb. Bu münaqişə zamanı Ermənistan hərbçiləri tərəfindən minlərlə dinc azərbaycanlı qadın, qoca və uşaq öldürülüb, həmçinin, şikəst edilib. Eyni zamanda, Xocalı soyqırımı və bununla bağlı işğalçı ölkənin prezidenti Serj Sarkisyanın etirafı Ermənistan ordusu tərəfindən dinc əhaliyə qarşı hücumların məqsədli xarakter daşıdığını, bu əməllərin hüquqi cəhətdən insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin zəruriliyini təsdiq edir.
Lakin bir sıra beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın işğal siyasətinə və hərbi cinayətlərinə loyal yanaşması bu ölkəni cəzasızlıq mühitində təcavüzkar əməllərini davam etdirməyə ruhlandırır. Təsadüfi deyil ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasına və sülh danışıqlarının aparılmasına baxmayaraq, Ermənistan ordusu cəbhəyanı bölgələrdə yaşayan sakinləri, uşaqları hədəfə çevirməkdə, dinc insanlara qarşı müharibə cinayətləri törətməkdə davam edir.
Azərbaycan tərəfi mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətini Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi hərbi cinayətlərinə cəlb edir, bu barədə beynəlxalq səviyyədə maarifləndirmə işləri həyata keçirir. Buna baxmayaraq, bəzi siyasi dairələrin, dövlətlərin, təşkilatların məsələyə bilərəkdən göz yumması ikili standartlardan, beynəlxalq hüquqa hörmətsizlikdən irəli gəlir.
Məlumdur ki, ayrı-ayrı dövlətlər məsələyə yanaşmada adətən, özlərinin geosiyasi, iqtisadi maraqları prizmasından çıxış edirlər. Üzvləri milli dövlətlərdən ibarət beynəlxalq təşkilatların isə adətən, bir və ya bir neçə aparıcı üzv dövlətinin təsiri altına düşərək onların maraqlarına uyğun fəaliyyət göstərməsi də sirr deyil. “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar isə beynəlxalq miqyasda fəaliyyət göstərsələr də, özlərini dünyanın harasında yaşamasından asılı olmayaraq, “bütün məzlumların müdafiəçisi” kimi təqdim etməyə çalışsalar da, əslində, müəyyən siyasi mərkəzlərin sifarişlərini yerinə yetirməklə məşğuldurlar.
Məhz bu səbəbdəndir ki, “Amnesty İnternational”ın fəaliyyəti də siyasi motiv daşıyır, təşkilatın problemlərə selektiv yanaşdığı, ölkələrə münasibətdə ayrı-seçkilik etdiyi özünü göstərir. Bu isə o deməkdir ki, “Amnesty İnternational” heç də iddia etdiyi kimi, insan hüquq və azadlıqlarının müdafiəsini ön planda tutmur, əksinə, təşkilat bu prinsipləri özünün fəaliyyətinin həqiqi mahiyyətini gizlətmək üçün tez-tez dilə gətirir.
İstər “Amnesty İnternational”, istərsə də, digər insan hüquqları təşkilatları, beynəlxalq qurumlar, QHT-lər nəzərə almalıdır ki, işğalçının əməllərinə laqeydlik göstərmək, heç bir reaksiya verməmək onu daha ağır cinayətlərə təşviq etmək deməkdir. Bu səbəbdən də, Ermənistan ordusunun atəşkəs rejimini mütəmadi olaraq pozmasının, Azərbaycanla cəbhə xəttində təxribat-diversiya xarakterli fəaliyyətini artırmasının, cəbhə xətti yaxınlığındakı yaşayış yerlərini atəşə tutmasının ağır nəticələrinə görə, işğalçı ölkə ilə yanaşı, ona beynəlxalq hüquq çərçivəsində layiq olduğu münasibəti göstərməyən beynəlxalq ictimaiyyət də müəyyən dərəcədə məsuliyyət daşıyır.
Beləliklə, əgər “Amnesty İnternational” işğalçını həvəsləndirən təşkilatlar cərgəsini tərk edərək, səmimiliyini, elan etdiyi prinsiplərə sadiqliyini sübuta yetirmək istəyirsə, o zaman regional təhdid mənbəyi olan Ermənistanın hərbi cinayətlərini dilə gətirməklə bu istiqamətdə uğurlu başlanğıc edə bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11

