/ / “İl Tempo” qəzeti: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ölkələrimiz arasında mövcud əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi
“İl Tempo” qəzeti: Azərbaycan Prezidentinin İtaliyaya səfəri ölkələrimiz arasında mövcud əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi
12.08.2014 [09:52]
İtaliyanın nüfuzlu “İl Tempo” qəzetində Azərbaycan-İtaliya əlaqələrinin son durumunun təhlil olunduğu məqalə dərc edilib.
Məqalədə deyilir ki, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, enerji və digər sahələrdə strateji müttəfiqlik əlaqələrinin genişlənməsi hazırda Azərbaycan və İtaliya münasibətlərinə xas olan cəhətdir. Bu münasibətlər cari ildə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri ilə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfər çərçivəsində hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlər imzalanıb, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub.
Müəllif Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun sözlərinə istinadla bildirir ki, bu Bəyannamənin qəbul olunması iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün məntiqi bir addımdır. “Bu əməkdaşlıq bizə siyasi səviyyədə, eləcə də təhlükəsizlik, müdafiə, iqtisadiyyat, mədəniyyət sahələrində münasibətlərimizin genişlənməsi və regionlararası əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər vəd edir”.
Ölkələrimiz arasında dərin tarixi köklərə söykənən əlaqələrin mövcud olduğunu vurğulayan səfir deyib: “Hələ keçmiş dövrlərdə Bakıda italiyalı memarlar tərəfindən inşa edilən bir sıra tikililərin mövcudluğu bu faktı təsdiq edir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr daha da inkişaf etməyə başlayıb. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Hazırda Azərbaycanda tikinti, infrastruktur, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdə yüzlərlə İtaliya şirkətləri fəaliyyət göstərir”.
Ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə barədə məlumat verilən məqalədə bildirilir ki, sənəddə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın genişlənməsi nəzərdə tutulur.
Oxucuların diqqətinə çatdırılır ki, Odlar Yurdu kimi tanınan Azərbaycan hələ ötən əsrin əvvəllərində dünya neft istehsalının yarısını özündə cəmləşdirirdi. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu Azərbaycanın payına düşüb. Bu gün isə Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən birinə çevrilib. Enerji təminatının şaxələndirilməsi baxımından bu ölkə ilə tərəfdaşlıq Avropa üçün vacibdir.
Yazıda, həmçinin Trans-Adriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyəti ilə bağlı məlumat verilir. Bildirilir ki, “Cənub qaz dəhlizi”nin bir hissəsi olan bu layihənin reallaşmasında Avropa olduqca maraqlıdır. Avropa Komissiyasının (AK) sədri Xose Manuel Barrozu cari ilin iyununda Bakıya səfəri zamanı bəyan edib ki, “Cənub qaz dəhlizi” Avropa İttifaqı regionunun ən vacib infrastruktur layihəsidir və AK bu layihəyə tam dəstək verir.
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19

