“Fransada əsl siyasi zəlzələ baş verdi”
12.06.2024 [10:50]
Viktor Orban hesab edir ki, Avropada “sülh partiyaları” qələbə qazanıb
N.BAYRAMLI
Avropa Parlamentinə (AP) seçkilərin başa çatmasından sonra Avropa İttifaqına (Aİ) üzv olan bir çox ölkədə ifrat sağçıların yüksəlişi seçkinin ən diqqət çəkən elementi olub. Ötən bazar günü gecə Avropada seçki marafonu başa çatdığından Aİ-nin 27 üzvü arasında qalib və məğlubların kim olduğu aydınlaşmağa başlayıb. Məsələn, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bazar günü etdiyi çıxışda deyib ki, nəticələr onun mənsub olduğu Avropa Xalq Partiyasının (EPP) hələ də “sabitlik lövbəri” kimi fəaliyyət göstərə biləcəyini göstərir. Ancaq o, öz siyasi müttəfiqlərini də “ekstremist” partiyalara qarşı duruş gətirməkdən ötrü köməyə çağırıb. EPP keçən seçkilərdə olduğu kimi bu dəfə də Avropa Parlamentində ən çox yerə sahib olacaq.
Avropa Parlamentinə seçkilərin nəticələri ilə bağlı Macarıstanın Baş naziri Viktor Orbanın fikirləri maraq doğurur. Orban hesab edir ki, Avropada “sülh partiyaları” qalib gəlib. “M1” telekanalına müsahibəsində ultrasağçı Avropa partiyalarının mövqelərini gücləndirdiyi Avropa Parlamenti seçkilərinin nəticələrini şərh edən Macarıstanın Baş naziri bu seçkilərin Avropada “müharibəyə sürüklənməni” ləngitmək və ya dayandırmaq üçün bir fürsət olduğu qənaətindədir. “Planlaşdırdığımız, istədiyimiz baş verdi, bu qatar yavaşladı, amma onu dayandırmaq da olar. Çünki müharibəni ən qətiyyətlə müdafiə edən ölkə olan Fransada əsl siyasi zəlzələ baş verdi. Yəni Fransada siyasi yüksəliş başladı, ona görə də sülh partiyalarının əksəriyyəti qalib gəldi”, - deyə Orban bildirib.
Macarıstan hökumətinin başçısı gözləyir ki, “Tramp ABŞ-da hakimiyyətlərin digər yarısını devirəcək və bundan sonra sülh olacaq”. Orban əlavə edib: “Həmin iki yarını barışdıra bilməsək, o zaman tezliklə sona qədər müharibə aparacağıq. Biz müharibə və sülh məsələsinə nəzarət etməliyik, çünki buraya qərq olsaq, onda hər şey üzə çıxacaq”. Orban Macarıstanda 57 faiz seçici fəallığının macar demokratiyasının canlı olduğunu göstərdiyini deyib və 44,6 faiz səsverməni Avropada ən yüksək dəstək hesab edib.
Orbanın FIDES partiyası Avropa Parlamenti seçkilərində 44,6 faiz səs toplayıb və bu, indiyə qədər olan ən pis nəticədir. Hakim partiya yalnız 2004-cü ildə - Macarıstan Avropa Birliyinə üzv olduqdan sonra Avropa Parlamentinə keçirilən ilk seçkilərdə (47,4 faiz) səslərin yarıdan azını toplayıb. FIDES Avropa Parlamentində 11 yer qazanıb ki, bu da son seçkilərdə olduğundan iki yer azdır. Eyni zamanda, müxalif siyasi qüvvə olan TISSA-ya rəhbərlik edən FIDES-in keçmiş üzvü Piter Maqyarın partiyası 30,1 faiz səs toplayıb ki, bu da gözləniləndən xeyli yüksəkdir. O, son 14 ildə Macarıstanın hər hansı müxalifət partiyasından daha yaxşı nəticələr əldə edib. Maqyar hakim partiyanın nəticələrinin aşağı düşməsini “bir dövrün sonu” adlandırıb. TISSA Avropa Parlamentində də yeddi yer qazanıb.
Fransada ifrat sağçı “Milli Birlik” partiyası qalib gəlib. Onun nəticəsi (31,5 faiz) Prezident Emmanuel Makronun “İntibah” partiyasının daxil olduğu “Besoin d’Europe” koalisiyasından (14,5 faiz) təxminən iki dəfə yüksəkdir. İlkin nəticələrdən sonra Makron Milli Assambleyanın buraxıldığını bildirib və 30 iyun və 7 iyul tarixlərinə növbədənkənar seçkilər təyin edib. O deyib: “Bu qərar ciddi, çətin, lakin hər şeydən əvvəl etimad aktıdır”. Belə bir vəziyyətdə ilk olaraq Makronun 2017-ci il mayın 7-də - prezident seçkilərində birinci qalibiyyəti zamanı verdiyi vəd yada düşür. Xatırladaq ki, ki, o, həmin vaxt ifrat radikal siyasətçilərə səs verməməsi üçün seçicilərə heç bir tutarlı əsas verməyəcəyinə and içmişdi. İndi isə ekstremist baxışları ilə tanınan Le Penin partiyası ilə yanaşı, daha bir müxalif qüvvənin - “Respublikaçılar” partiyasının lideri Erik Syotti keçirilən seçkilərin nəticələrini “makronizmin” iflası kimi xarakterizə edib.
Almaniyaya gəlincə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası da seçkilərdə öz mövqeyini möhkəmləndirərək rekord səviyyədə - 15,6 faiz səs toplayıb və bu, ona Avropa Parlamentində 15 yer qazandırıb. Bütövlükdə isə, Avropa Parlamentinə bu dəfəki seçkilərinin nəticələri bəzi Aİ ölkələrində gözlənilməz qarşılanır. Bu da həmin ölkələrin, ümumilikdə, Aİ-nin yürütdüyü siyasətin məntiqi yekunudur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15

