Din xadimlərinin ilk attestasiyası
12.03.2024 [10:28]
Kimlər fəaliyyətini davam etdirə bilməyəcək?
Yeganə BAYRAMOVA
Ölkəmizdəki ziyarətgahlarda, İslam dininə aid ibadət yerlərində çalışan din xadimlərinin fəaliyyəti hər zaman aktual müzakirə mövzularından olub. Əvvəllər din xadimlərinin attestasiyası Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) həvalə olunmuşdu. Hazırda isə onların attestasiyasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) həyata keçirir. Bu barədə Komitə məlumat yayıb. DQİDK bu məqsədlə Attestasiya Komissiyası yaradıb.
Komissiyada DQİDK və QMİ nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. Din xadimlərinin ilk attestasiya prosesi başa çatıb. Attestasiya prosesində 64 din xadimi iştirak edib.
Ekspertlərə görə, nümunəvi din xadimi cəmiyyətdə digər insanlar üçün ideal insan olmalıdır. Başqaları ilə müqayisədə yüksək dini savadı, müsbət cəhətləri ilə tanınan, bilikləri və davranışları ilə cəmiyyətə nümunə göstərməlidir. İnsanları inandırmaq üçün dərin bilikli şəxslər hər zaman hörmətlə qarşılanıb. Din xadimləri də təkcə dini sahədə deyil, ilahiyyat təhsili ilə yanaşı, fəlsəfə, tarix, sosiologiya, psixologiya sahələrində də biliyə malik olmalıdırlar
Attestasiya qanunvericiliklə tənzimlənir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzu ilə bağlı “Yeni Azərbaycan”a deyib ki, attestasiyadan keçməyənlər din xadimi kimi fəaliyyətini davam etdirə bilməyəcəklər: “Həmin şəxslər din xadimi olmaq üçün yenidən hazırlaşmalı və müsahibədə iştirak etməlidir. Din xadimlərinin attestasiyası ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir. Bu məqsədlə müvafiq qaydalar hazırlanıb və rəsmi sənəd kimi təsdiqlənib. Həmin qaydalara əsasən attestasiyada iştirak edəcək din xadimləri ən azı 1 ay öncədən bu barədə məlumatlı olmalıdır. Bu isə o deməkdir ki, din xadimlərinin attestasiyaya hazırlaşmaları üçün ən azı 1 ay vaxtları olur. O ki qaldı attestasiyada ünvanlanan suallara, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə Proqram” hazırlanaraq təsdiq edilib. Həmin proqram Dövlət Komitəsinin rəsmi internet saytına yerləşdirilib. Din xadimlərinin attestasiyası yalnız o proqram çərçivəsində həyata keçirilir”.
Sədr müavini əlavə edib ki, attestasiyada iştirak edən və uğur qazanmayan şəxslər müvafiq qaydada apelyasiya şikayəti verə, hətta məhkəməyə müraciət edə bilər: “Onu da qeyd edək ki, attestasiya prosesində videoçəkiliş aparılır. Apelyasiya şikayəti olduğu təqdirdə sözügedən videoçəkilişə baxılır. Nəzərinizə çatdırım ki, Attestasiya Komissiyasının 9 üzvü var. Onların hamısı ixtisasca ilahiyyatçı mütəxəssisdir. Belə olan halda qeyri-obyektiv münasibətdən söhbət belə gedə bilməz”.
Attestasiyaların keçirilməsi önəmlidir
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, attestasiya uzun illərdir həyata keçirilir: “Əvvəlki dövrlərdə bu işlə əsasən Qafqaz Müsəlmanları İdarəsi məşğul olurdu, 5 ildən bir attestasiya aparılırdı. Hazırda mövcud qanunvericiliyə əsasən, din xadimlərinin attestasiya məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib. Eyni zamanda, bu prosesdə QMİ də iştirak edir. Bu attestasiyaların keçirilməsi önəmlidir. Hər bir din xadimi 5 il fəaliyyət göstərdikdən sonra aidiyyəti üzrə müvafiq qurumlar, həm dini komitə, həm də QMİ onların beş illik fəaliyyətinə baxır, bu illər ərzində gördükləri işləri qiymətləndirirlər. Həmin dövrdə əgər hansısa din xadiminin işində qüsurlar, nöqsanlar varsa, o din xadimləri öz işindən uzaqlaşdırılır”.
Deputat hesab edir ki, bu, din xadimlərində xüsusi məsuliyyət yaradır: “Din xadimləri anlayırlar ki, beş ildən sonra təkrar attestasiya olunacaqlar və fəaliyyətlərində qüsur, nöqsan olarsa, işdən uzaqlaşdırılacaqlar. Bu sahədə mövcud problemlərin həlli baxımından bu addımların atılması önəmlidir. Düşünürəm ki, ümumi prosesə töhfə verə biləcək bir məsələdir”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

