İnsanları öyrənən elm...
27.02.2024 [11:14]
Dünya Antropologiya Günüdür
Bəşər tarixinin öyrənilməsində əvəzsiz rola malik müxtəlif elmlər var. Bu elmlərin içində insanları, onların mədəniyyətini və təkamülünü öyrənən antropologiyanı xüsusi qeyd etmək yerinə düşər. Bu gün antropologiya hər bir ölkədə mühüm əhəmiyyət kəsb edir. Çünki antropologiya təkcə qədim cəmiyyətlərin öyrənilməsi deyil, həm də mövcud ictimai formasiyalarla çox bağlıdır. Antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Termini ilk dəfə işlətmiş Aristotel, bu söz altında daha çox insanın ruhi təbiətinin öyrənilməsini nəzərdə tuturdu.
Lakin ilk vaxtlar filosofların fikrinə hakim kəsilsə də, sonradan onun insanın cismani quruluşunun sirləri açılmadan, insanın inkişaf mənbəyi və yeri göstərilmədən mövcud olaraq ərsəyə gəlməsi problemə çevrilməkdə idi. Antropologiya böyüyüb inkişaf etməli idi. Bunun üçün onun elmi “qidaya”, fədakar, qorxmaz alimlərin tədqiqatlarına ehtiyacı vardı. Ekspedisiya və arxeoloji qazıntılardan, dəqiq elmlərin tətbiqi ilə aparılan ölçmələrdən gələn biliklərlə zənginləşmə labüd idi Antropologiya artıq fəlsəfi söhbətlər, disputlar səviyyəsinə sığışmırdı. Burada insanın cismani, eləcə də orqanlarının quruluşunu dəqiq bilən, yəni onları təkcə təsvir edən deyil, həm də səbəb-nəticə əlaqələrini izah etmək iqtidarında olan alimlərə ehtiyac vardı. Anatomlar bu işin öhdəsindən layiqincə gələrək müasir antropologiyanın özəyini yarada bildilər.
Antropologiya insanın əmələ gəlməsində tarixi-ictimai amillərin əsas rol oynadığı üçün humanitar elmlərlə sıx əlaqədardır. İnsan morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir. Xarici ölkələrdə etnoqrafiya və arxeologiya da antropologiyaya aid edilir.
2015-ci ildən bəri...
Yeri gəlmişkən, bu gün Dünya Antropologiya Günü kimi qeyd olunur. 2015-ci ildə Amerika Antropologiya Assosiasiyası tərəfindən təsis olunan bu gündə antropoloqlar və antropologiya təşkilatları tərəfindən müxtəlif tədbirlər, mühazirələr, seminarlar və sosial media kampaniyaları keçirilir. Bunların vasitəsilə bütün dünyada antropoloqlara, tələbələrə, pedaqoqlara və həvəskarlara antopologiyanın əhəmiyyəti vurğulanır. Eyni zamanda, müasir qlobal çağırışların həllində, mədəni müxtəlifliyin təşviqində və mədəniyyətlərarası anlaşmanın təşviqində antropologiyanın aktuallığı diqqətə çatdırılır.
Antropoloqlar fərqli insan həyat tərzlərini bacardıqca öyrənmək istəyirlər. Tanımaq istədikləri bu insanlar onlarla eyni cəmiyyətin üzvləri və ya fərqli bir qitə, şəhər, rayon ya da kəndlərdə yaşayırlar. Hazırda ABŞ, Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə antropologiya üzrə elmi müəssisələr, təşkilat və kurslar fəaliyyət göstərir. Bu sahəyə dair tədris proqramları, monoqrafiyalar, elmi toplular hazırlanır.
Antropologiyanın metodları...
Antropologiya metodu kimi antropometriyanı göstərmək olar. Antropometriya sözünün mənası “antropos”- insan, “metriya- ölçmə” deməkdir. Antropometriya - antropologiyanın tədqiqat üsuludur. Müxtəlif xalqları quruluşca müqayisə etmək və qədim insanların xarici görünüşü haqqında təsəvvür yaratmağa imkan verən obyektiv üsuldur. Antropometriya - (bədənin ölçülməsi), osteometriya (bədən sümüklərinin ölçülməsi) və kraniometriyadan (kəllənin ölçülməsi) ibarətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

