Çörək yeyən özü çıxsın...
17.02.2024 [11:40]
Qida rasionunun ayrılmaz dadı - növləri, faydaları və ziyanları...
Gündəlik həyatımızda çörək ən çox istehlak etdiyimiz qida məhsuludur. Həmçinin bütün dünya ölkələrində də çörək insanların qida rasionunun ayrılmaz parçasıdır. Ancaq çörəyin normadan artıq istifadəsi orqanizm üçün xeyirli deyil. Belə ki, çörəkdən çox istifadə ilk növbədə artıq çəki problemi yaradır ki, hazırda dünyada 100 milyonlarla insan bundan əziyyət çəkir. Bundan başqa, çörəkdən çox istifadə mədə-bağırsaq xəstəliklərinə, xüsusilə həzm sistemində problemlərə, həmçinin köpə şərait yaradır.
Arxeoloqların araşdırmalarına görə, çörək 7 min il bundan əvvəl icad olunub. Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğdanın tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var.
Ağ, yoxsa qara çörək?
Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, çörək seçərkən məhsulun tərkibinə diqqət yetirmək vacibdir. O, qeyd edib ki, ağ çörək əla növ buğda unundan bişirilir. Onun tərkibində çox az miqdarda lif və vitaminlər var: “Ağ çörəyə saf maya əlavə edildiyindən, o, yüksək glisemik indeksə malik çox yüksək kalorili məhsuldur. Çox vaxt belə məmulatlar hazırlanarkən, ona marqarin əlavə edilir. Bu dadlı çörək məmulatı hazırlamaq üçün qiymətli məhsuldur, lakin orqanizm üçün xeyirli deyil”.
Dietoloqun sözlərinə görə, qara çörək əsasən çovdar unundan hazırlanır. Ona bəzən bir az ağ un əlavə olunur: “Onun bişirilmə prosesində süd turşusu bakteriyalarından istifadə edilir. Onlar məhsula xarakterik bir dad verirlər. Qara çörəyin tərkibində olan ən faydalı lif qidanın sorulmasını yaxşılaşdırır və həzm sistemini stabilləşdirir. Bundan əlavə, çovdar çörəyi orqanizmdən zəhərli maddələrin çıxarılmasına kömək edir. Ona görə də bağırsaq xəstəlikləri olan insanlara qara çörək tövsiyə olunur.
Ş.Yadigarova qeyd edib ki, qara çörəyin tərkibində dərinin və saçın vəziyyətinə cavabdeh olan B1 və B2 vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və natrium var: “Məhsulun kalorisi müqayisədə nisbətən aşağıdır. Ağ çörəkdə 250 kilokalori, 100 qram çovdar məmulatında isə təxminən 164 kilokalori var”.
Gündə neçə dilim yeyək?
Dietoloq qeyd edib ki, çörək istehlakının miqdarı adamın kilosuna, cinsiyyətinə və ya iş tempinə görə dəyişə bilir. Sağlam bir insanın hər payda ortalama iki dilim çörək yeməsi məsləhətlidir. Gün ərzində sağlam bir adam ən çox 6-8 dilim çörək yeyə bilər”.
Kəpəkli çörək daha xeyirlidir
Dietoloqun sözlərinə görə, kəpəkli çörəyin tərkibində bol miqdarda vitamin və zülal var: “Kəpəkli çörək bağırsaqların işini asanlaşdırır. Bağırsaq xərçənginə yaxalanmaq riskini azaldır. Eyni zamanda, ehtiva etdiyi lif sayəsində həzmə kömək edir”.
Y.SƏLİM
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

