10 180 770 nəfər olduq!
16.02.2024 [10:50]
Demoqrafik artım ən mühüm prioritetlərdəndir
Y.BAYRAMOVA
Demoqrafik inkişaf hər bir ölkənin milli gücünün əsas göstəricilərindən biridir. Artım tempi həm də əhalinin fiziki və mənəvi sağlamlığının, intellektual səviyyəsinin əsas göstəricisi sayılır. Təbii artım tempi dövlətin əsas dayaqlarından biri olan insan resursunu təşkil etməsi baxımından önəm daşıyır.
Ümumiyyətlə, son dövrlərdə dünya əhalisinin ümumi sayında artım müşahidə olunsa da, bu fakt ayrı-ayrı ölkələr üzrə dəyişir. Ölkələrdə əhalinin artım tempinə həyat tərzi, sosial rifah səviyyəsi kimi amillər də mühüm təsir göstərir. Əhalinin normal artımı, yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik əhəmiyyəti daşıyan bir məsələdir.
Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur. Belə ki, ölkəmizdə əhalinin sayı artıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Belə ki, 2023-cü ildə ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.
DSK-dan verilən xəbərə görə, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Sahib Altayın sözlərinə görə, Azərbaycan əhalisinin sayının artması onu göstərir ki, ölkəmizdə yaşam səviyyəsi yüksəkdir: “Əhalinin təbii artım tempi kompleks şəkildə aparılan dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər. Hansı ölkədə iqtisadi vəziyyət normaldırsa, dövlət ailə institutlarına qayğı göstərirsə, orada əhalinin artımı baş verir. Azərbaycan da belə ölkələrdəndir. Bu, bizim uğurlu demoqrafik siyasətimizdən xəbər verir. Dövlət başçısının apardığı siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır”.
Sosioloq qeyd edib ki, son illər ölkəmizdə dünyaya uşaq gətirən valideynlərin oğlan və qız uşaqları arasında ayrı - seçkilik qoyması halları da azalıb: “Təbii ki, bu da ölkəmizdə əhalinin təbii artımına şərait yaradan əsas məqamlardan biridir. Bildiyiniz kimi, əvvəlki zamanlarda valideynlər oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox üstünlük verirdilər. Nəticədə çoxsaylı qız uşaqlarının abort etdirilməsinə şahid olurduq. Sevindirici haldır ki, daha cəmiyyətimizdə belə ayrı-seçkiliyə yol verilmir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

