“Çirkli əllər” xəstəliyi...
25.01.2024 [10:45]
Hepatit A nə dərəcədə öldürücüdür?
Yeganə BAYRAMOVA
Son zamanlar ölkəmizdə qızılca ilə yanaşı, Hepatit A (HAV) virusu da yayılmaqdadır. Hər iki xəstəliyə yoluxma daha çox uşaqlar arasında baş verir. Qeyd edək ki, Hepatit A xəstəliyini el arasında “çirkli əllər” xəstəliyi də adlandırırlar. Çünki xəstəlik adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır.
Səhiyyə Nazirliyi ölkəmizdə Hepatit A virusunun yayılması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin məlumatında bildirilib ki, ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində Hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə Hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əks-epidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir.
Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir”.
Hepatit nədir?
Hepatit qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyidir. Xəstəliyin 3 növü var: Hepatit A, Hepatit B, Hepatit C.
Hepatit və ümumilikdə qaraciyər xəstəlikləri təkcə viruslar tərəfindən baş vermir. Müxtəlif proseslər hepatitə səbəb ola bilər. Viruslar fərqli olduğu kimi, yoluxma yolları da fərqlidir. Hepatit A fekal-oral yolla ötürülür. Hepatitin bu növü ən çox yay fəslində pis yuyulmuş meyvə tərəvəz və ya keyfiyyətsiz içməli sudan yayılır. Xəstəlik qusma, diareya ilə başlayır. Xəstənin göz bəbəyi saralır. Hepatit A xəstəsi 50 gün ərzində yoluxucudur.
120 milyon insan...
Qeyd edək ki, HAV virusunun mənbəyi insandır. Dünyada təqribən 120 milyon insanın HAV-a yoluxduğu bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu xəstəlik 2-6 yaş aralığındakı uşaqlarda üstünlük təşkil edir. 14 yaşından sonra isə daha az rast gəlinir.
Ölüm təhlükəsi azdır...
İnfeksionist-hepatoloq Sadiq Qurbanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Hepatit A-da ölüm təhlükəsi çox azdır. Onun sözlərinə görə, hepatitin öldürmə riski xəstəliyin gedişatından və orqanizmin xüsusiyyətlərindən asılı olaraq individuallıq göstərir: “Xəstəlikdən qorunmaq ən birinci və vacib yolu lazım olan gigiyenik qaydalara əməl etməkdir. Əllər daim təmiz olmalıdır, meyvə-tərəvəzlərin yaxşı yuyulması vacibdir”.
HAV vaksini...
Hepatoloqun sözlərinə görə, Hepatit A vaksini uzun illərdir istifadə edilir və təhlükəsizdir: “Vaksin iki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Ölkəmizdə Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə isə ən azı iki həftəlik müddətində vaksin vurulmalıdır”.
Virus 3-4 ildən bir “alovlanır”...
İnfeksionist qeyd edib ki, HAV vaksini xəstəliyin ağır keçməsinin qarşısını alır: “Düzdür, hazırda ölkəmzidə vəziyyət nəzarət altındadır. Azərbaycanda ayrı-ayrı yerlərdə yoluxmalar var. Lakin bu qeyri-adi hadisə deyil. Hepatit A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəstəlikdir. Hazırda vəziyyət stabildir.
Son illər dünyada ard-arda yayılan viruslar insanları təngə gətirib. Bəziləri vaksinlərdən, qapanmalardan, xəstəliklərdən o qədər bezib ki, viruslarla bağlı xəbər gördükdə depressiyaya düşürlər. Ümid edirik ki, ölkəmizdə viruslarla əlaqədar ciddi qapanmalar olmaz və insanlar həmin günləri bir daha yaşamazlar”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

