Süni uşaq qidaları zərərlidirmi?
12.12.2023 [13:02]
Yeganə Bayramova
Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur.
Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır.
Maraqlıdır, ümumiyyətlə, uşaqlar doğulduğu vaxtdan neçə müddət ərzində ana südü ilə qidalanmalıdır? Ümumiyyətlə, satışda olan uşaq qidaları zərərlidirmi?
Pediatr Vaqif Qarayev yeniazerbaycan.com-a açıqlamasında uşaq üçün yeganə qidanın ana südü olduğunu bildirib: “Bəzən deyirlər ki, ana südü 1 yaşa qədər, bəzən isə uşaq nə qədər istəyirsə, o qədər verilməlidir. Bu, bir az mübahisəlidir. Ancaq uşaq heç olmasa 1 yaşa qədər ana südü içməlidir. Amma ana südünün verilməsində obyektiv səbəblər varsa, tutaq ki, anada açıq vərəm və yaxud da uşaqda anadangəlmə müxtəlif qüsurlar var, ananın döşünü götürə bilmir və s. olarsa, əlavə uşaq qidalarından istifadə edilə bilər. Hansı uşaq yeməyinin yaxşı olmasına gəlincə isə uşaq hansı uşaq yeməyini götürürsə, deməli, o yaxşıdır. Bütün uşaq qidalarının qutularının üstündə eyni tərkib, eyni reklam, eyni təriflərdir. Ona görə də onların bir-birindən elə də fərqi yoxdur. Bir daha təkrar edim ki, əgər ana südü varsa, süni qarışıqların əleyhinəyəm. Bəzən ananın südü ola-ola süni qarışıq təklif edirlər ki, bu da yolverilməzdir. Amma südü olan analar bu cür süni yeməklərdən imtina edir. Bəzən isə analar özləri uşaqlarına ana südü verməkdən imtina edir. Təbabətdə ilkin süd deyilən bir anlayış da var. Bunun tərkibi uşağı xəstəliklərdən qorumaq və müqavimətini artırmaq üçün xüsusi inqiridentlərlə zəngindir. Uşağı ana südü ilə qidalandırmaq yalnız qidalandırmaq baxımından yox, həm də mənəvi-psixoloji baxımdan çox vacibdir. Ana ilə təzə doğulan körpənin arasındakı o mənəvi-psixoloji bağların yaranmasında, həm də ananın müxtəlif onkoloji xəstəliklərdən qorunması üçün ana südü ilə qidalandırma çox mühümdür. Həmçinin ana südü uşağı o yaşda tuta biləcəyi bütün xəstəliklərdən qoruyur, müqavimətini artırır”.
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

