Standartlaşdırma olmasaydı...
14.10.2023 [11:48]
Təhlükəsizlik normalarının formalaşdırılmasında əsas amil
14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür
İqtisadi-mədəni inkişafın və insanların həyat səviyyəsinin daimi olaraq yüksəlmə meyli istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinə nəzarətin də əhəmiyyətini artırır. Zəruri bir institusional fəaliyyət kimi standartlaşma da bu mənada, bütün dünyada tarixi təkamül yolu keçərək istər beynəlxalq miqyasda, istərsə də ölkəmizdə iqtisadi inkişafın mühüm amillərindən birinə çevrilib. Məhsul və xidmətlərin rəqabətqabiliyyətinin artmasını, insanların sağlamlığının qorunmasını və eləcə də ekoloji problemlərin də uğurlu həllini təmin edən standartlaşma işi nəticəsində müasir istehlakçını həmişə maraqlandıran keyfiyyət, komfort və təhlükəsizlik məsələləri öz həllini tapmış olur.
Məhz bu məsələlərin diqqətə alınması və onların davamlılığının təmin olunması mühüm problemlərdir və bu problemlərin aradan qaldırılması üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən (ISO) beynəlxalq standartlar müəyyənləşdirilib.
ISO 1946-cı ilin oktyabrın 14-də standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasının həyata keçirilməsi məqsədilə 25 ölkə nümayəndələrinin Böyük Britaniyanın paytaxtı Londonda toplaşması ilə yaradılıb və rəsmi olaraq 1 il sonra fəaliyyətə başlayıb. 14 oktyabrın Beynəlxalq Standartlaşdırma Günü kimi qeyd olunması ISO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Bu günün məqsədi standartlaşdırmanın qlobal iqtisadiyyat üçün əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdır. Dünyanın bir çox yerində Beynəlxalq Standartlaşdırma Günü münasibətilə müxtəlif formada tədbirlər, sərgilər, maarifləndirici seminarlar, konfranslar keçirilir.
Əsas məqsəd nədir?
İstehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması və digər məsələlər standartlaşdırmanın əsas məqsədlərindəndir.
Hər hansı bir beynəlxalq standart təklifinin qəbulu prosesi konkret sahədə müəyyən bazar ehtiyacına cavab verən layihənin hazırlanmasından başlayır, daha sonra üzv dövlətlərin nümayəndələri təklifi müzakirə edir və səs verirlər. Bu proses təxminən 3 il çəkə bilir. Bütün standartlar sistemi əməkdaşlıq üzərində qurulub.
Beynəlxalq standartlar işi daha səmərəli yerinə yetirmək üçün praktik həllər təklif edir. Məsələn, biz hazırda dünyanın istənilən ölkəsində saatın neçə olduğunu və ya ümumiyyətlə, bu gün ayın neçəsi olduğunu asanlıqla öyrənə bilirik. Kağızın müəyyən ölçülərdə istehsala buraxılması, hər bir ölkənin valyuta üçün öz standartlarını işləyib hazırlaması və s. hər biri beynəlxalq standartlara daxildir. Bu standartlardan istifadə etməklə biz həllin bir hissəsi oluruq.
Beynəlxalq standartlar bu gün avtomobildən tutmuş telekommunikasiyaya qədər bütün texnologiyaların inkişafını təmin edir, ticarətdə texniki maneələri aradan qaldırır və təchizat zəncirlərini təkmilləşdirir. İqtisadiyyatın inkişafında da standartlaşdırmanın rolu böyükdür. Bu standartlara uyğunluq istehlakçılara da kömək edir. Onlar məhsulların təhlükəsiz və ətraf mühit üçün yaxşı olduğunu bilirlər. Standartlar inam yaradır və bunlara sahib olmaqla həyatımızın nə qədər yaxşılaşdığını görə bilərik. Məsələn, beynəlxalq standartlardan və sənayeləşmədən öncə orijinal istehsalçıya getmədən bir maşın və ya ehtiyat hissəsi əldə etməyin heç bir yolu yox idi. Lakin indi biz elektron cihaz alan zaman onun şəbəkələr və ya digər elektron cihazlarla əlaqə yarada biləcəyini bilirik. Çünki onların hamısı bir sıra standart tezliklərlə işləyir. Avtomobillərimiz müəyyən yanacaq növü ilə işləyir, çünki ISO bu tip avtomobillər üçün standart təyin edir.
Azərbaycanın standartlaşdırma təcrübəsi
Müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olan ISO-da dünyanın 164 milli standartlaşdırma orqanı təmsil olunur. Azərbaycan Respublikası 7 iyul 2003-cü ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tamhüquqlu üzv olaraq təmsil olunur. Hazırda yerli ekspertlərimiz ISO-nun 14 Texniki Komitəsində müşahidəçi və tamhüquqlu üzv olaraq iştirak edir. Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından ISO-nun tamhüquqlu üzvüdür.
Azərbaycan Standartlaşdırma İnstitutu respublikamızı beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi təmsil edir və ölkəmizdə standartlaşdırma siyasətini həyata keçirir. Bu qurum yerli istehsal məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları təkmilləşdirir, beynəlxalq, Avropa, bir sıra qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırır.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

