Böyük Qayıdış sürətlə davam edir
11.10.2023 [10:44]
Füzuliyə daha 21 ailə köçüb
Günel ABBAS
İşğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur qurulur və bu ərazilərə Böyük Qayıdış prosesi sürətlə davan edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıdırlar.
Yeri gəlmişkən, oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.
35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram
Füzuli rayon sakini Raifə Qasımovanın sözlərinə görə, doğma evlərinə qayıdacağı günü həmişə səbirsizliklə gözləyib və buna inanıb. Bu inamın reallaşmasından məmnunluğunu dilə gətirən R.Qasımova ibtidai sinif müəllimi olduğunu deyib. Füzuli sakini bildirib ki, uğrunda canlar fəda edilən, şəhidlərimizin qanı ilə yoğrulan torpaqlarımız indi azad nəfəs alır və doğma sakinlərini qoynuna alır.
“Biz füzulililər həmişə dövlətimizə, Prezidentimizə, Müzəffər Ali Baş Komandana arxalanmışıq və arxalanırıq. Bilirdik ki, son nəticədə istədiyimizə nail olacağıq, ərazi bütövlüyümüz bərpa ediləcək. Şükürlər olsun ki, həmin günlər gəlib çatdı. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə Füzuli sakini diqqətə çatdırıb.
Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəşid Abbasov deyib ki, sevinə-sevinə öz torpaqlarına gedirlər: “35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”.
Füzuli sakini Azərbaycan Prezidenti İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğullarına da təşəkkürünü bildirib: “Öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımızın rəhbərliyi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu, bizə də bu günləri görmək nəsib oldu”.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 165 ailənin, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

