18 min məcburi köçkün içməli su ilə təmin ediləcək
20.12.2011 [21:08]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, həmçinin, onların fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su ilə təmil edilməsi üçün lazımi addımlar atılır, bu istiqamətdə çeşidli layihələr həyata keçirilir. Bunlardan biri də cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonunda salınmış altı qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması layihəsidir.
Dekabrın 16-da sözügedən layihənin başa çatdırılması münasibətilə mərasim keçirilib. Mərasimdən öncə “Birləşmiş sukanal” MMC-nin sədri Etibar Məmmədov layihə barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olan Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə 2011-ci ilin mayından başlanılıb. Layihəyə uyğun olaraq sözügedən qəsəbələrdə yaşayan məcburi köçkünlərin içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün 12 kilometrə yaxın magistral, 89 kilometr uzunluqda isə qəsəbədaxili su xətləri çəkilib.
Daha sonra mərasimin rəsmi hissəsi başlayıb. Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bildirib ki, layihənin əsas məqsədi yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın şəraitinin daha da yaxşılaşdırılmasıdır.
çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov öncə bildirib ki, əhalinin, o cümlədən, qaçqınların və məcburi köçkünlərin fasiləsiz içməli su ilə təmin olunması məsələsi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Azərsu” ASC olaraq biz cənab Prezidentin bu istiqamətdəki tövsiyyə və tapşırıqlarına əməl edilməsi üçün var gücümüzlə çalışırıq”.
Konkret olaraq başa çatan layihəyə gəlincə isə Q.Hüseynov “bu layihə çərçivəsində davamlı və keyfiyyətli su təchizatı üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, 18 su nasosu və 6 vakuum nasosu olmaqla, nasosxana inşa edilib. Bununla da, 2598 ailə, yəni 18 min məcburi köçkün, həmçinin, ərazidə olan sosial-mədəni kommunal və sair obyektlər içməli su ilə təmin ediləcəklər. Bütün bunlar Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan xüsusi diqqət və qayğısının nəticəsidir” deyib.
Mərasimdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin sosial infrastruktur təminatının yaxşılaşdırılması, onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış evləri ilə təmin edilmələri dövlətin sosial siyasətinin başlıca hədəflərindəndir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkün problemini ölkədə bir nömrəli məsələ hesab edir. Qısa müddətdə 6 qəsəbənin su təminatı əsaslı surətdə yaxşılaşdrılıb. Artıq su təminatında heç bir problem yoxdur”.
Millət vəkilləri Astan Şahverdiyev və Ayaz Orucovun da qatıldıqları mərasimdə çıxış edən qəsəbə sakinləri “Azərsu” ASC tərəfindən 6 qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işləri yüksək qiymətləndirib, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlara görə, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərsu” ASC Füzuli, Ağcabədi və Ağdam rayonlarında da məcburi köçkünlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər görür.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

