“Google”nin zəlzələ xəbərdarlığı!
25.08.2023 [10:46]
İnsanların psixologiyasına təsir edən mesajlar...
Y.BAYRAMOVA
“Google” yenidən Azərbaycan vətəndaşlarına “zəlzələ xəbərdarlığı” mesajı göndərib. Nəticədə insanların əksəriyyəti yenidən zəlzələnin baş verəcəyi ilə bağlı təşvişə düşüblər. Qeyd edək ki, bu, avqust ayında artıq 2-ci “zəlzələ xəbərdarlığı” mesajıdır.
Belə mesajlar bəzi insanların psixoloji durumuna mənfi təsir göstərir. Həssas olanlar, müxtəlif xəstəlikdən əziyyət çəkənlər xəbərdarlıq mesajlarından sözün həqiqi mənasında qorxuya düşürlər. Hətta həmin
şəxslərin həyatı zəlzələyə görə yox, məhz o mesajlara görə təhlükə altına düşür deyə bilərik.
Ekspertlərə görə, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz. Çünki zəlzələ təbii fəlakət olduğu üçün onun dəqiq vaxtı və zamanı olmur. Lakin bəzi hallarda məlumat almaq mümkündür. Alimlər tərəfindən müəyyən edilmiş ərazilərdə zəlzələ ölçən cihazlar quraşdırılır. Müxtəlif məlumatlar seysmoqraf cihazlarında bir yerə toplanır. Daha sonra toplanan məlumatlar “Google” tərəfindən sürətli şəkildə hesablanır və cihazlara yönləndirilir. Zəlzələ haqqında məlumat “Google Yer” bildirimlər xidməti aktiv olduğu halda gəlir.
Xatırladaq ki, srağagün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarında zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 5 bala yaxındır.
Xəbərdarlıq mesajının psixoloji təsirləri...
Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, təbii fəlakətlərdən doğan ekstremal vəziyyətlər həmin situasiyanı yaşayan və kənardan seyir edən insanların psixologiyasına böyük ölçüdə mənfi təsir göstərir. Onun sözlərinə görə, belə hadisələr psixoloji baxımdan insanlarda gərginlik yaradır və bu davranışda özünü biruzə verir: “Çünki yaranmış situasiya və ona bağlı məlumatların olması istər-istəməz insanlarda təşviş, həyəcan və qorxu kimi emosional halların yaranmasına səbəb olur. Xüsusən də, insanın ən mühüm tələbatlarından olan təhlükəsizliklə bağlı qorxuları varsa, problem yaranırsa, bu, davranışda özünü mütləq biruzə verir. Bu baxımdan son günlər “zəlzələ xəbərdarlığı” kimi mesajların mobil telefonlara ötürülməsi həssas insanların psixologiyasında mənfi izlər buraxır. Bəlkə də insanların bəzisi belə mesajlara önəm vermir və olanları soyuqqanlı şəkildə qarşılayırlar. Ancaq nəzərə almaq lazımdır ki, bir çox insan psixoloji baxımdan zəif, həssasdırlar və affekt vəziyyətinə düşə bilirlər. Bu isə onların sağlamlığında müəyyən fəsadların yaranmasına səbəb ola bilər”.
Hər kəs soyuqqanlı ola bilmir...
E.Rüstəmov qeyd edib ki, bəzən sosial şəbəkələrdə yenidən zəlzələ olması ilə bağlı fikirlər səsləndirilir: “İnsanlar bilib-bilmədən, düşünmədən bu cür addımlar atırlar. Ancaq unutmamalıyıq ki, qardaş ölkədə zəlzələ nəticəsində baş verən dəhşətli dağıntılar, ölümlər, itkilər vətəndaşlarımızın psixologiyasında dərin izlər buraxdı. Bu baxımdan da ölkəmizdə zəlzələ baş verəndə yaxud zələzələyə dair xəbərdarlıqlar olanda bəziləri istər-istəməz təşvişə düşürlər. Hər kəs soyuqqanlı ola bilmir. İnsanların düşüncəsi, psixologiyası, hadisələrə yanaşma tərzi və reaksiyası fərqlidir. Sosial şəbəkələrdə zəlzələ ilə bağlı bilib-bilmədən hansısa məlumat paylaşmaq düzgün deyil. Tez zamanda qorxu içinə düşən insanlar bilməlidir ki, zəlzələ və digər təbii fəlakətlər, ekstremal vəziyyətlərdə qəsdən və ya bilməyərəkdən müxtəlif məlumatlar yayılırsa, bunların əksəriyyəti şayiə xarakterli olur: “Ona görə belə vəziyyətlərdə yalnız rəsmi qurumların məlumatlarına inanmaq və istinad etmək lazımdır”.
Mesajların göndərilməsi normaldır
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, zəlzələ ilə bağlı xəbərdarlıq mesajı “Google”un Android platformasından göndərilib. Onun sözlərinə görə, “Google” zəlzələ xəbərdarlığı xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir: “Bu xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, təşvişin, hətta dezinformasiyaların yayılması müşahidə edilib. “Google” bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə Android istifadəçilərə yönəldir. Zəlzələ haqqında məlumat “Google Yer” bildirimlər xidməti aktiv olduğu halda gəlir. Lakin insanlar unutmamalıdırlar ki, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz. Həmçinin mesaj hər kiçik zəlzələdə gəlmir. 4,5 baldan çox olarsa, telefonlara informasiyalar ötürür. Göndərilən mesajlarda zaman, məsafə və bal fərqləri olur. Çünki hər bir telefonda saat və yer fərqlidir. Elə vaxt olur ki, ölkə xaricində zəlzələ olarkən bəzi
şəxslərə bildirim gəlir. Ümumiyyətlə, bu kimi hallar normaldır. Lakin proqram heç bir halda zəlzələ anını deyə bilməz. Ancaq müəyyən müddət sonra bizə məlumat gəlir. Bu da məsafəyə görə dəyişir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

