Şadlıq evlərinin qiymətində dəyişiklik
28.04.2023 [10:58]
Açıq havada toylara üstünlük verilir...
Yeganə BAYRAMOVA
Ramazan ayından sonra şadlıq evlərində canlanma müşahidə olunur. Hətta bir çox restoranda yayın sonuna qədər yer yoxdur. Ümumilikdə isə restoran sahibləri menyuların qiymətində bu il təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyirlər. Qiymətlərin baha və ucuz olmasına səbəb menyudakı yeməklərdən, həmçinin içkilərdən asılı olur.
“Movida Plaza”nın inzibatçısı qəzetimizə açıqlamasında söyləyib ki, hazırda qiymətlər minimum 35-37 manat arasında dəyişir: “Qiymətlərdə əvvəlki ilə müqayisədə fərqlər var. Məsələn, əvvəllər 32 manat olan masa indi 35 manatdır. Amma müştərilər gəlir, burada danışırıq, razılaşırıq, bəzən endirim olur”.
Müştərinin təklif olunan menyudakı yeməkləri azaldaraq əvvəlki qiyməti saxlamaq təklifinə gəlincə isə restoran əməkdaşı bildirib ki, bu da müştəri ilə danışıqdan, qonaqların sayından, toyun baş tutacağı zaldan asılıdır: “Ramazan ayından sonra insanlar daha çox müraciət edirlər. Həftə sonları demək olar ki, bütün yerlərimiz doludur. Hətta el arasında “boş ay” deyilən mayda belə toy etmək istəyənlər var”.
“Ay işığı” restoranının əməkdaşı qiymətlərin dəyişə biləcəyini qeyd edib: “Hələ ki, köhnə qiymətlərdir, amma təzə qiymətlər müzakirə olunur. Ərzaq məhsulları bahalaşıbsa, bu, yəqin ki, bizə də təsir edəcək. Baha alsaq - baha olacaq, ucuz alsaq, ucuz”.
“Hollywood” şadlıq sarayından da eyni cavabı eşitdik: “Hazırda qiymətlər bir nəfər üçün 120-150 manatdır, amma sonrasının necə olacağı bilinmir. Qiymətlərin qalxmaq ehtimalı var. Yəqin ki, dəyişiklik olacaq”.
Qeyd edək ki, bu il toylarla bağlı tendensiyada dəyişiklik var. Belə ki açıq havada toy etməyə üstünlük verənlərin sayı çoxalıb. Səbəb həm fərqlilik, həm də qiymətdir. Çünki açıq havada toy etmək daha ucuz başa gəlirmiş. Restoran administratorlarının dediyinə görə, açıq havada qapalı məkanlara nisbətən qiymət bir az aşağıdır. Çünki qapalı məkanlarda yeməklərin saxlanması üçün soyuducu kimi və.s məsələlər var. Bunlar da əlavə xərclər deməkdir. Ona görə də açıq havada olan menyunu daha aşağı qiymətə təklif etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30

