Şagirdlərin psixoloji pasportu hazırlanır
19.04.2023 [10:49]
Sənəddə nələr olacaq?
Yeganə BAYRAMOVA
İmtahan ərəfəsi bəzən şagirdlər arasında intihar hadisələri baş verir. Hər il imtahan ərəfəsi belə halların təkrarlanması təsadüfi sayılmır. Bu məsələ məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırır. Ona görə də şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizmin hazırlanması nəzərdə tutulur. Söhbət psixoloji pasportlardan gedir.
Xatırladaq ki, hələ ötən il məktəblilərin psixoloji durumunun monitorinqinin aparılacağı barədə məlumat yayılmışdı. Həmin məlumata görə, monitorinqin nəticələrinə əsasən şagirdlərin psixoloji pasportu hazırlanacaqdı. Ekspertlər bu cür monitorinqlərin şagirdlər arasında intihar hadisələrinin qarşısını alacağı qənaətindədir. Paytaxt məktəblərində şagirdlərin psixoloji durumuna dair monitorinq nəticəsi necədir?
İşlər davam etdirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən açıqlamaya görə, İdarənin Təlimə Dəstək Mərkəzinin təşəbbüsü ilə “Şagirdin psixoloji pasportu” layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, layihənin texniki tapşırığı, həyata keçiriləcək fəaliyyətlərin məzmunu üzərində iş gedir. Layihənin “Məktəblinin dostu” ilə birgə həyata keçirilməsi nəzərdə tutulur: “Təlimə Dəstək Mərkəzi və “Məktəblinin dostu” layihəsinin peşəkar psixoloqları tərəfindən şagirdlərlə aparılacaq diaqnostik testlər üçün ilkin sorğu forumu yaradılıb. Hazırda psixoloji xüsusiyyətlərə uyğun olaraq müvafiq obyektiv testlərin metodikaları hazırlanır. Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda 479 psixoloq çalışır, 21 psixoloq analıq məzuniyyətindədir”.
Həssas davranmaq lazımdır
Psixoloq Gülnar Orucova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktəblərdə şagirdlərlə psixoloji iş aparılarkən məktəb psixoloqu özündə hər məktəbliyə psixoloji anket açaraq həmin anketə şagirdlərlə bağlı məlumatları qeyd etməlidir. Onun sözlərinə görə, şagirdlərin psixoloji pasportları həmin anket məlumatlarına əsasən də hazırlana bilər. Amma bu zaman şagirdlərin psixoloji durumu düzgün qiymətləndirilməlidir. G.Orucova qeyd edib ki, bunun üçün mütləq şəkildə psixoloqun özü peşəkar olmalıdır: “Gələcəkdə şagirdlərin psixoloji pasportları onların müəyyən işlərdə işləməsinə mane ola bilər. Əgər şagirdin nevroloji pozuntusu varsa, bu onun psixoloji durumuna təsir göstəribsə, bu, hazırlanan pasportda öz əksini tapacaq. Belə şəxslərə gələcəkdə güc strukturlarında işləməyə icazə verilməyə bilər. Çünki, belə insanlara silahla davranmaq, həddindən artıq gərgin işdə çalışa bilməz. Ona görə də şagirdlərin psixoloji pasportları hazırlanarkən çox həssas davranmaq lazımdır. Şagirdin psixoloji durumu mütləq şəkildə düzgün dəyərləndirilməlidir”.
Psixoloq bildirib ki, şagirdlərin psixoloji monitorinqi bir aya hazırlanacaq iş deyil. O, uzun müddət şagirdlərin psixoloji durumunun müşahidə altında saxlanılmalı, izlənilməli olduğunu söyləyir: “Əksər hallarda şagirdlərin psixoloji monitorinqini həyata keçirən psixoloqlar savadlı və ixtisaslı kadrlar olmaldır. Çox təəssüf ki, bəzən hansısa kursları başa vurub psixoloq kimi sertifikat alırlar. Belə insanların şagirdlərin psixoloji durumunu necə qiymətləndirəcəyi sual altındadır. Psixoloq olmaq üçün bir neçə təlim keçmək kifayət deyil”.
G.Orucova, həmçinin şagirdlər üçün məktəblərdə sağlam psixoloji mühitin olmasının da vacibliyini vurğulayıb. O, bildirib ki, məktəblərdə psixoloji sağlam mühit olmalı, onlara qarşı qısnama, bulinq olmamalıdır. Əks halda belə psixoloji pasportların hazırlanması heç bir fayda verməyəcək.
Fərqli müdaxilələr vacibdir
Təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, son vaxtlar şagirdlər arasında intihar halları tez-tez baş verir. Onun sözlərinə görə, şagirdlərin intihar etməsi bir çox faktorlara bağlı ola bilər və bu problemin həlli zaman tələb edən bir məsələdir. Ancaq aşağıdakı addımlar intihar riskini azaltmağa kömək edə bilər: “Məktəb şagirdləri hər ay psixoloji testdən keçirilməli və nəticəsi narahatlıq doğuran şagirdlər individual təlimə cəlb edilməlidir. Eyni zamanda, məktəblərdə psixoloji dəstək xidmətlərinin fəaliyyəti genişləndirilməlidir. Məktəblərdə psixoloji dəstək xidmətlərinin mövcudluğu şagirdlərin müxtəlif problemlərini həll etmələrində kömək edə bilər. Bununla yanaşı, şagirdlərə psixoloji təlimatlar verilə, şagirdlərə psixoloji problemlərin öhdəsindən gəlmək üçün dərslər təklif edilə bilər. Şagirdlərin və ailələrinin intihara cəlb edən riskləri öyrənilməlidir. Bu, intihara aparan səbəblərin aradan qaldırılmasına kömək edə bilər”.
E.Əfəndi həmçinin qeyd edib ki, ailələrə dəstək proqramları təqdim edilməlidir. O, təhsil sisteminin dəyişdirilməsinin də bu mənada vacib olduğunu söyləyib. Bildirib ki, məktəblərdəki təhsil metodları, müəllimlər və idarəçilər şagirdlərin intihar riskini azaltmağa kömək edə bilər: “Ümumiyyətlə, şagirdlərin intihar etməsinin qarşısını almaq üçün çox fərqli tədbirlər və müdaxilələr lazımdır. Bəzi dəyişikliklər, təhsil sisteminin yenilənməsi və psixoloji dəstək xidmətlərinin mövcudluğu ilə bu problemin öhdəsindən gəlmək mümkündür”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

