Türkiyə yenidən silkələndi
01.03.2023 [10:37]
Zəlzələlər davam edəcək?
Nicat Dilqəmli
Müxtəlif sahələrin inkişafı, müasir texnoloji kəşflər hər nə qədər insan həyatı üçün təhlükəli olan risklərin qarşısını alsa da, bəzi təbiət hadisələrinin qarşısında insan övladı acizdir, elə zəlzələlər kimi. Qardaş ölkə Türkiyədə baş verən zəlzələ dünya gündəmini də bir xeyli “silkələdi”. Bu gün dünyanın ayrı-ayrı ölkələrindən olan mütəxəssislər təbii fəlakətlə bağlı öz təhlillərini, araşdırmalarını ortaya qoyurlar. Məqsəd isə təbii ki, baş verməsi ehtimal edilən zəlzələlər zamanı insan itkisini maksimum dərəcədə azaltmaqdan ibarətdir.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda və bir neçə saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki böyük zəlzələdən sonra qardaş ölkə hələ də zəlzələlərlə üz-üzədir. Fevralın 23-də Türkiyənin Malatya vilayətində daha bir zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yerli vaxtla saat 23:36-da baş verən yeraltı təkan 4,1 bal gücündə, 7 kilometr dərinlikdə qeydə alınıb.
Martın ilk həftəsində...
Bəzi proqnozlarda qardaş ölkədə yenidən zəlzələ olacağı qeyd edilir. “Zəlzələ peyğəmbəri” ləqəbli mütəxəssis Frank Hoogerbeets də yeni açıqlaması ilə diqqət çəkib. Hoogerbeetsin proqnozunun bu qədər geniş əks-səda doğurması heç də təsadüfi deyil. Buna səbəb isə onun öz sosial şəbəkə hesablarında Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələ haqqında məlumatı özündə əks etdirən postu 3 gün əvvəldən paylaşmasıdır. Bundan başqa, Frank indiyə qədər fevralın 3-dəki paylaşımında Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacağını da bildirmişdi.
O, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib: “Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə (planetlərin birləşməsi) yaşanacaq”. Frank Hoogerbeets baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib: “Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Baş verəcək fəlakətin miqyasını və nəticəsini nəzərə alaq. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir”.
Türkiyənin “zəlzələ coğrafiyası”
Coğrafi göstəricilərə görə, təsirləri baxımından ən önəmli zəlzələlər Türkiyə üçün tektonik zəlzələlər hesab olunur. Ölkədə aktiv vulkanların olmamasından vulkanik zəlzələlərə rast gəlinmir. Türkiyə Ərəbistan və Afrika plitələri ilə Avrasiya plitəsi arasında yerləşir. Bu iki plitənin yaxınlaşması nəticəsində yığılan enerji zəlzələlər zamanı sərbəst buraxılır. Buraxılan enerji yer qabığında qırılma və silkələnmə şəklində ətraf mühitə təsir edir. Bu, bəzən çoxsaylı insan itkisinə səbəb olur. Ümumiyyətlə, Türkiyə zəlzələ baxımından 5 bölgəyə ayrılır. Birinci dərəcəli zəlzələ zonaları ən çox dağıdıcı zəlzələlərin baş verdiyi ərazilərdir. Bu bölgə aktiv qırılmaların yerləşdiyi ərazidir. Şimali Anadolu Qırılma nöqtəsi; Saros körfəzi, İzmit körfəzi, Adapazarı, Düzce, Bolu, Amasya, Ərzincan və Van gölünün şimalından İrana doğru uzanır. Türkiyədə ən dağıdıcı zəlzələlər bu qurşaqda baş verib. 1992-ci ildə Ərzincan, 1999-cu ildə Mərmərə və 2011-ci ildə Vanda baş verən zəlzələlər xeyli insan itkisinə səbəb olub.
Qərbi Anadolu Qırılma Xətti isə Egey və Göllər Bölgəsinin sahil hissəsini əhatə edir. Bu qurşaqdakı böyük zəlzələlər 1970-ci ildə baş verən Gediz zəlzələsi və 1995-ci ildə olan Dinar zəlzələsidir.
Şərqi Anadolu Xətti - Hatay, Kahramanmaraş, Malatya və Bingöl istiqamətində Şimali Anadolu Qırılma Xətti ilə birləşir. 1966-cı ildə baş verən Varto zəlzələsi və 2003-cü ildə baş verən Bingöl zəlzələsi nəticəsində çox sayda can itkisi yaşanıb.
Ümumilikdə son zəlzələlər nəticəsində qardaş ölkədə 44218 nəfər həyatını itirib. Müvafiq qurumdan zəlzələdən sonra 9136 afterşokun olduğu da bildirilib.
Yeni təbəqə və ya daxili nüvə ixtirası
Yeni araşdırmaların nəticələri də olduqca maraqlıdır. Məsələn, elm adamları zəlzələlər nəticəsində Yerin mərkəzində yeni “daxili nüvə” aşkar ediblər. Başqa sözlə, alimlər zəlzələlərdən sonra yaşanan seysmik dalğaların əksini ölçməklə, Yerin mərkəzində yeni təbəqənin və ya daxili nüvənin ola biləcəyi iddiasını irəli sürüblər. “Nature Communications” jurnalında dərc olunan araşdırmada alimlər Yer kürəsində 1600 kilometr dərinlikdə 644 kilometr diametrli metal nüvənin və bu nüvənin dəmir və nikeldən ibarət olduğu arqumentinin olduğunu bildiriblər. Əldə edilən nəticələrə görə, Yer kürəsi məşhur inancın əksinə olaraq, dörd deyil, beş qatdan ibarətdir. Alimlər bərk və metaldan gizlənmiş daxili nüvə su qatı, yer qabığının içində (Litosfer), maqma təbəqəsi (Pirosfer) və əsas təbəqə (Barisfer) içində qatı və metaldan gizli bir planetin əmələ gəldiyinə işarə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

