Azərbaycan əqli mülkiyyət haqqında sazişə hansı qeyd-şərtlə qoşulur?
10.12.2021 [10:22]
Günel Abbas
Dekabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə qoşulmaq haqqında qanun layihəsi idi. Bu Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir. Azərbaycan tərəfi isə sənədə müəyyən qeyd-şərtlə qoşulur.
Azərbaycanı ləngidən səbəb nə oldu?
Məsələnin digər tərəfi də var. Davamlı şəkildə Azərbaycanın əqli mülkiyyət hüququnu tapdalayan Ermənistan bu sazişə bizdən əvvəl qoşulub. Bəs Azərbaycanı sözügedən Sazişə qoşulmaqda ləngidən səbəb nə oldu?
Sualımıza Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov aydınlıq gətirdi. Deputat “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bu günə qədər Sazişə qoşulmamağımızın əsas səbəbi Ermənistanla Azərbaycan arasında olan münaqişə məsələsi idi: “Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladığına görə, onlarla birgə sazişə qoşulmağımız və onu təsdiq etməyimiz perspektivli görünmürdü. Ancaq torpaqlarımızı işğaldan azad etdiyimizə görə Sazişə qeyd-şərtlə qoşuluruq. Qeyd-şərtlə qoşulmağımıza səbəb isə Ermənistanın bir çox sahələrdə plagiatlıqla məşğul olması, Azərbaycanın bir sıra əqli mülkiyyətlərini öz adına çıxaraq beynəlxalq arenalarda çıxışlara cəhd etməsidir. Parlament bu cür təşəbbüslərin qarşısını almaq üçün ötən illər ərzində adekvat addımlar atıb. Hətta bir çox hallarda Ermənistanın bu cəhdlərinin qarşısı da alınıb. Hazırda müqaviləyə qoşulmaqla biz onların gələcəkdə baş verə biləcək hərəkətlərinin operativ şəkildə qarşısının alınmasını təmin edirik, həmçinin özümüzə bu sahədə üstünlüklər yaradırıq”.
Azərbaycan sazişə qoşulmaqla hansı imkanlar qazanacaq?
Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri İqbal Əsgərov isə bildirib ki, Azərbaycan bu Sazişə qoşulmaqla əqli mülkiyyət sahəsində maraqlarının MDB çərçivəsində daha dolğun qorunmasına nail olacaq: “O cümlədən bu çərçivədə təqdim edilən sənəd layihələrinin müzakirəsində fəal iştirak etməklə ölkəmizin hüquqi və fiziki şəxslərinin maraqlarının daha etibarlı qorunmasını təmin edəcəkdir. Həmçinin əqli mülkiyyətin qorunması və mühafizəsi sahəsində əlaqələrin gücləndirilməsi, birgə tədqiqatların aparılması və fikir mübadiləsi, iqtisadiyyat, ticarət, elm, texnika və mədəniyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi zamanı əqli mülkiyyətin qorunması və mühafizəsi ilə əlaqədar məsələlərin razılaşdırılması, habelə əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üçün səmərəli tədbirlərin görülməsi istiqamətində əməkdaşlıq ediləcək”.
Şöbə müdirinin sözlərinə gorə, Sazişə qoşulmaqla bağlı Azərbaycan Respublikasının keyfiyyətcə yeni məzmun daşıyan qeyd-şərti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin yaratdığı reallıqlara tam uyğundur. O qeyd edib ki, Azərbaycan Respublikasının qeyd-şərtinə görə, bu Sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

