Tarixi zəfər və milli birlik nümayişi
27.05.2021 [09:34]
“YAŞAT” xeyriyyə marafonu dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəylik rəmzidir
30 illik həsrət çəkən Vətən torpağına günəş doğdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı zəfər yürüşü sayəsində tarixi ədalət bərpa olundu, torpaqlarımız işğaldan azad olundu. 44 günlük Vətən müharibəsinin qəhrəmanları - şəhidlərimiz və qazilərimiz ölümün gözünə dik baxdılar, sinələrini düşmənə sipər etdilər ki, Vətən yaşasın. Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi. Vətənin bütövlüyü naminə sağlamlıqlarından və canlarından keçənlər üçün “YAŞAT” xeyriyyə marafonu öz işinə start verib.
Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” marafonu təşkil edilib. Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib. Bir sözlə, “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir. Mayın 25-i saat 21-00-da “YAŞAT” xeyriyyə marafonu Azərbaycan Televiziyasında (AzTV) bir neçə saat ərzində yayımlanıb, həmçinin bu günə qədər olan nəticələrlə bağlı məlumat verilib. Mayın 25-dək marafonda 60-a yaxın ölkənin iştirakı dünya azərbaycanlılarının Vətənə sədaqətinin daha bir nümunəsi, diaspor-dövlət birliyinin sübutudur.
Həmin proqramda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar yaradılıb, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış ediblər. Proqram boyunca onlarla söhbətlər təqdim olunub. Hər zaman minnətdar olacağımız şəhidlərimizin doğmaları dinlənilib, eləcə də qazilərimizin döyüş xatirələri nümayiş etdirilib. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunub.
Bildirilib ki, dünya azərbaycanlıları İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq informasiya savaşının sıravi əsgərlərinə çevrildilər və dövlətimizin haqlı mövqeyinin müdafiəsində fəal iştirak etdilər. Soydaşlarımız vətənpərvər mövqelərini “YAŞAT” xeyriyyə marafonuna qoşulmaqla davam etdirirlər.
İkinci Qarabağ müharibəsi bütün dünyaya azərbaycanlıların birliyini bir daha nümayiş etdirdi və müharibənin, sadəcə, ön cəbhə ilə məhdudlaşmadığını göstərdi. Azərbaycan Respublikasının bütün vətəndaşları ön və arxa cəbhədə möhtəşəm birlik nümayiş etdirdilər. Bu birliyin bir parçası olan dünya azərbaycanlıları vətənpərvərlik nümayiş etdirərək, vətəndaşlıq borclarını yerinə yetirərək, “YAŞAT” xeyriyyə marafonuna qoşulur və qələbəni bizə yaşadanları bizimlə birgə yaşadırlar.
Qeyd edək ki, aprelin 29-dan başlayan marafon mayın 31-dək davam edəcək və nəticələr ictimaiyyətə açıqlanacaq.
Heç şübhəsiz, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə baş tutan bu marafon həm də milli birliyimizin sübutudur. Bu, Vətən, torpaq, haqlı savaş naminə verilən mücadiləyə sevgi dolu dəstəyin nümayişidir. “YAŞAT” xeyriyyə marafonu dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birlik və həmrəylik rəmzidir.
“YAŞAT” Fonduna ianə etmək istəyənlərin diqqətinə çatdıraq ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.
Unutmayaq ki, bu, qələbəni bizə bəxş edənlərə minnətdarlığımızı nümayiş etdirmək üçün ən gözəl fürsətdir. Hər bir azərbaycanlını bu prosesdə iştiraka dəvət edirik. Dəstək vermək qürurunu birgə yaşayaq və yaşadaq! Qələbə sevincini xalqımıza yaşadan qəhrəman Vətən övladlarını, onların şücaətlərini unutmayaq, unutdurmayaq! Yenidən və hər zaman həmrəy olaraq, qələbəni bizlərə yaşadanları birlikdə yaşadaq. Şübhə yoxdur ki, xeyirxahlığı, xalqımızın xoşməramını ifadə edən belə tədbirlər davamlı olacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

