/ / Həkim-infeksionist: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
Həkim-infeksionist: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
05.05.2021 [08:19]
Məlum olduğu kimi, ümumbəşəri bəlaya çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq üçün bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda davamlı tədbirlər görülür. Onu da qeyd edək ki, son vaxtlar istər qonşu ölkələrdə, istərsə də digər dövlətlərdə yoluxma sayı yenidən artıb. Bu isə əksər dövlətləri yenidən sərt tədbirlər görməyə vadar edib.
Məsələn, qardaş Türkiyədə Ramazan ayı boyunca bir sıra məhdudiyyətlər tətbiq olunub. Belə ki, virusun yayılma riski ilə əlaqədar Ramazan bayramında kütləvi tədbirlər, o cümlədən iftar mərasimlərinin keçirilməsi məqsədilə çadırların qurulması qadağandır. Bundan başqa, çörək sexlərinin və digər qida məhsulları istehsal edən müəssisələrin fəaliyyəti iftardan bir saat əvvəl dayandırılır.
Həmçinin Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 05:00-da başa çatacaq.
Eləcə də Misirdə axşam saatlarında kütləvi iftar süfrələrinin açılması, insanların bir yerə toplaşması qadağan edilib. Misirdə dindarların, adətən, 10 gün ərzində ibadət etmək üçün vaxtlarını məscidlərdə keçirmələri də qadağan edilib. Misirin Baş naziri Mustafa Mədbuli bildirib ki, əhalinin epidemiyadan qorunması məqsədilə məscidlərdə yas mərasimlərinin keçirilməsinə də icazə verilmir.
Eyni zamanda, Ramazan ayı çərçivəsində bir sıra müsəlman ölkələrində insanların daha çox toplaşdığını nəzərə alaraq müxtəlif məhdudiyyətlər tətbiq olunub.
Belə ki, kollektiv iftar süfrələri qadağan edilib, məscidlərdə təravih namazının müddəti 30 dəqiqəyə qədər azaldılıb. Həmçinin qaydaları pozan və məscidlərə icazə sənədi olmadan daxil olan zəvvarlara cərimələr tətbiq edilir.
Məlumat üçün bildirək ki, pandemiya ilə bağlı Azərbaycanda da kütləvi tədbirlərə, o cümlədən geniş iftar süfrələrinə icazə verilmir. Amma təəssüf hissi ilə bildirmək lazımdır ki, bəzən insanlarımız öz həyatlarının qeydinə qalmayaraq, qaydaları pozurlar. Unutmayaq ki, ictimai iaşə obyektlərində iftar süfrələri açılarkən bütün qaydalara əməl olunmalıdır. Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyətinin və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Bir sözlə, mütəxəssislərin də sözlərinə görə, məhdudiyyətlər yumşaldılsa da, bir müddət, xüsusilə də bu günlərdə vətəndaş həssaslığımızı qorumalı, diqqətli olmalıyıq. Bu qaydalara əməl etsək, kütləvi yerlərə getməyi azaltsaq, sanitar-gigiyenik qaydalara tabe olsaq, sərhəd tanımadan sürətlə yayılan bu ümumbəşəri bəladan birdəfəlik yaxa qurtara biləcəyik.
Öz növbəsdində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib ki, Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır: “Ramazan ayında çox sıx toplaşmamaqda, iftar süfrələrində yalnız ailə üzvləri ilə əyləşməkdə fayda var. Əks halda, vəziyyətə nəzarət etmək çox çətin olacaq”.
Həkim-infeksionist onu da əlavə edib ki, bizim COVID-19-la mübarizədə mexaniki qorunma yollarımız var. Bunlar tibbi maska, sosial məsafə və əl gigiyenasıdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

