Azercell müharibədə iştirak edən tələbələrə təqaüd ayırdı
12.02.2021 [09:16]
10 ildən artıq müddətdir ki, “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində bir çox sahələr, həmçinin informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu il isə əvvəlki illərdən fərqli olaraq, 44 gün davam etmiş “Vətən Müharibəsi” zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin həmin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə təqaüd verilməsi qərara alınıb. Tələbələrin siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunub.
Təqaüd Proqramına seçilən tələbələr əsasən İT və Şəbəkə yönümlü ixtisaslar üzrə müxtəlif kurslarda təhsil alırlar. Təqaüdçülər sırasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Tələbələrə təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd veriləcək. Eyni zamanda hədiyyələr, Azercell Fakturasız xətt abunəçisi olan Təqaüd Proqramı tələbələrinə GencOl 9 tarifinə 30% endirim və dünyaca məşhur Busuu proqramına 6 aylıq abunəlik təqdim olunacaq.
Bəhs edilən layihə çərçivəsində 10.02.2021-ci il tarixində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və departament direktorlarının iştirakı ilə tələbələrlə onlayn görüş təşkil olunub. Həmin tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov da iştirak edib.
“Azercell Telekom” MMC-nin prezidenti əsgər tələbələrin timsalında Vətən müharibəsində iştirak edən bütün hərbçi və əsgərlərə zəfər sevincini yaşatdıqları üçün dərin təşəkkürünü bildirib, onları “Azercell Təqaüdçüsü” adını qazanmaqları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara daha da böyük zirvələri fəth etməyi arzu edib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında məhz sizin kimi gənclərimiz bütün dünyaya ordumuzun gücünü, qüdrətini, xalqımızın qələbə əzmini nümayiş etdirməyi bacardı. Sizin vətənimizin azadlığı və bütövlüyü uğrunda sərgilədiyiniz misilsiz rəşadət və qəhrəmanlıq gələcək nəsillərə nümunə oldu. İnanıram ki, cəbhədə vətəndaş borcunuzu layiqincə yerinə yetirdiyiniz kimi, elmi potensialınızı daha da gücləndirib, gələcəkdə İKT sahəsində ölkəmizə öz peşəkarlığı ilə xidmət edəcək mütəxəssis olacaqsınız, ayırdığımız təqaüd sizə də dəstək olacaq”.
Şirkətin prezidenti bu layihədə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə də təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov də öz növbəsində Müzəffər Ordunun mübariz əsgərlərinə ən xoş arzularını çatdırıb, Azercell-in həyata keçirdiyi “Tələbə Təqaüdü” proqramını yüksək qiymətləndirib, bu təşəbbüsün tələbələrə maddi dəstəklə yanaşı, həm də mənəvi dəstəyin təzahürü olduğunu bildirib, şirkətin ölkənin ali ocaqları ilə olan sıx əməkdaşlığının davam etdiriləcəyinə və gücləndiriləcəyinə inamını ifadə edib.
Qeyd edək ki, Azercell-in “Tələbə Təqaüdü” proqramı 2009-cu ildən etibarən icra olunur. Bu müddət ərzində, “Tələbə Təqaüdü 2021” proqramının iştirakçılarının sayı daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü seçilib. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Proqrama seçilən tələbələr təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsi üzrə biliklərini artırmaqla gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların mühüm bir hissəsi Azercell-də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

