Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır
18.12.2020 [09:16]
Vətən müharibəsi zamanı Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə, sahibkarlara, o cümlədən dövlət əmlakına və digər infrastrukturlara dəymiş ziyanın qarşılanması və onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin hər zaman ifadə etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bu mənada, qeyd olunan istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq sərəncamların imzalanması dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğını növbəti dəfə bariz şəkildə nümayiş etdirir.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan dövləti Vətən müharibəsi zamanı Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirməkdədir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Millət vəkilinin sözlərinə görə, əhaliyə dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirə salınmadan davam etdirilir: “Dekabrın 14-də cənab Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalanıb. Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Yerli İcra Hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir. Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpa işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq”.
“Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində mənfur düşmən xislətinə uyğun olaraq mülki əhalini, yaşayış məntəqələrini hədəfə aldı. Bu təcavüz nəticəsində 100-ə qədər mülki şəxs həlak oldu, 400-dən çox insan yaralandı. Eləcə də çoxlu sayda mülki infrastruktura ciddi ziyan dəydi. Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər ərazilərə xain düşmən hücumları buna sübutdur”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Kamilə Əliyeva bildirib ki, ziyan görmüş sahələr arasında şəxsi təsərrüfatlar, əmlak və s. yerlər də var. Əlbəttə ki, bu kimi hallar, düşmən hücumları xalqımızın mübarizə əzmini qırmaq iqtidarında deyildi. Belə hücumlara məruz qalan insanların bir sözü, bir arzusu var idi: “yalnız irəli, qələbəyə doğru, təki torpaqlarımız işğaldan azad olunsun”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan sosial dövlətdir və öz vətəndaşının problemlərini hər zaman diqqət mərkəzində saxlayır: “Bu dəfə də belədir, dövlət öz vətəndaşının yanındadır. Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu faktı bir daha təsdiqləyir. Sərəncamda sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı müvafiq məbləğdə maddi yardımların ödənilməsi əksini tapır. Dövlət başçısının bu Sərəncamı ilə zərər çəkmiş insanlara da dəymiş ziyan ödəniləcək. Bütün bunlar bir daha dövlətin öz vətəndaşına yüksək qayğısının ifadəsidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

