/ / Azərbaycan Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransında təmsil olunub
Azərbaycan Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransında təmsil olunub
19.11.2020 [08:59]
ABŞ hökumətinin təşəbbüsü və Polşa hökumətinin təşkilatçılığı ilə noyabrın 16-17-də videokonfrans formatında Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı keçirilib. Tədbirdə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 60-a yaxın dövlətin xarici işlər nazirləri və onların müavinləri, din azadlığı üzrə xüsusi səfirlər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin iyulunda Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi planlaşdırılan üçüncü nazirlər konfransı dünyada yayılan pandemiya səbəbindən dəfələrlə təxirə salınıb və sonda tədbirin onlayn formatda keçirilməsi qərara alınıb. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil edib.
Videokonfransı açan Polşanın xarici işlər naziri Zbiqniev Rau din və etiqad azadlığının fundamental insan hüququ olduğunu vurğulayıb, dünyada bir çox insanların, xüsusən də dini azlıqlara mənsub olanların bu təməl haqqının pozulması ilə qarşılaşdıqlarını, COVID-19 pandemiyası dövründə bu problemin daha da artdığını bildirib. Nazir, həmçinin konfrans iştirakçılarını din və etiqad azadlığını qorumaq və təşviq etmək üçün səylərini artırmağa çağırıb.
Açılış mərasimində çıxış edən ABŞ Dövlət katibi Mayk Pompeo konfransa ev sahibliyi etdiyinə görə Polşa hökumətinə minnətdarlığını bildirib, belə tədbirlərin din və etiqad azadlığının təmin edilməsi sahəsində səylərin davam etdiriləcəyinin göstəricisi olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı videokonfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoqun mərkəzinə çevrilmiş Azərbaycanın müasir dövrdə həyata keçirdiyi dünyəvilik, tolerantlıq və multikultural dəyərlərə söykənən dövlət-din modeli və siyasətindən bəhs edib, ölkəmizdə dini konfessiyalara və icmalara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan Dövlət Komitəsinin sədri Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı zamanı baş vermiş hadisələri - azərbaycanlıların öz yurdlarından qovulması, qətl edilməsi, tarixi dini-mədəni abidələrimizin, yaşayış məntəqələrinin ermənilər tərəfindən dağıdılması, məscidlərimizin tövləyə çevrilməsi, donuz saxlanılmaqla təhqir edilməsi, o cümlədən tarixi Qafqaz Albaniyasına məxsus kilsələrin erməniləşdirilməyə məruz qalması faktlarını vurğulayıb.
Eyni zamanda, cari il sentyabr ayının 27-dən noyabr ayının 10-dək Ermənistan tərəfinin başladığı hərbi hücumlar nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin raket zərbələrinə məruz qalması zamanı ümumilikdə 100-ə yaxın mülki şəxsin qətlə yetirildiyini qeyd edən M.Qurbanlı Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını, 30 ilə yaxın düşmən tapdağında qalan ərazilərimizin azad edildiyini və həmin ərazilərdə quruculuq işləri aparılacağını, bütün tarixi, dini abidələrin bərpa olunacağını bildirib.
Həmçinin düşmənin öz hərbi təcavüzünə dini don geyindirmək cəhdini də ifşa edən Dövlət Komitəsinin sədri ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələri kimi, minlərlə erməninin də sərbəst yaşadığını, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğunu iştirakçıların diqqətinə çatdırıb.
Çıxışının yekununda M.Qurbanlı müasir günümüzdə insanlar arasında vəhdət və harmoniyanın yaradılmasını, dini liderlər tərəfindən ekstremizm, terrorizm və separatizmin tənqidinə yönələn çağırışların edilməsini dinlərin insanlara verəcəyi əsas töhfə kimi qiymətləndirib.
Nazirlər konfransının əksər iştirakçıları məruzələrində, əsasən, dövlətlər tərəfindən aparılan din və etiqad azadlığı sahəsindəki uğurlu siyasətdən bəhs ediblər. Həmçinin bir çox məruzəçilər ayrı-ayrı ölkələrdə, xüsusən də Avropa ölkələrində dini zəmində baş vermiş terror hadisələrini vurğulamaqla dünyadakı din və etiqad azadlığının hazırkı vəziyyətindən narahatlıqlarını dilə gətiriblər.
Nazirlər konfransının ilk gününün müzakirələrini yekun vuran Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Piotr Vavrzik din azadlığının təmin edilməsində beynəlxalq ictimaiyyət tərəfindən dinlərarası dialoq və müasir texnologiyalardan düzgün istifadə kimi həyata keçirilə biləcək bir sıra konkret fəaliyyətə diqqət çəkib.
Qeyd edək ki, Nazirlər konfransının gedişində din və etiqad azadlığının qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə iştirakçılar tərəfindən münasibət bildirilməsi üçün səkkiz bəyanat irəli sürülüb. Həmin bəyanatlarda dinlərarası dialoqların irəlilədilməsi, COVID-19 pandemiyası dövründə din və etiqad azadlığının qorunması, eləcə də dinə və inancına görə zülmə məruz qalan azlıqların qorunması, din xadimlərinin sülh quruculuğuna verdiyi töhfə, Dayanıqlı İnkişaf Məqsədləri ilə din azadlığı arasındakı əlaqələr, din azadlığı sahəsində savadlılığın rolu, texnologiyaların istifadəsi barədə məsələlər öz əksini tapıb. Din və etiqad azadlığının təmin edildiyi, dini azlıqların hüquqlarının qorunduğu və dinlərarası dialoqun hökm sürdüyü inklüziv cəmiyyətin təşviqatçısı olan dövlət kimi Azərbaycan tərəfi də adıçəkilən bəyanatlara qoşulub.
Məlumat üçün bildiririk ki, 2018-ci ildən ABŞ hökumətinin təşəbbüsü ilə başladılan nazirlər konfransının ötən il iyulun 16-18-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş iclasında ölkəmizi təmsil edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məruzə ilə çıxış edib, mühüm görüşlər keçirərək Azərbaycan dövlətinin din azadlığının qorunması ilə bağlı apardığı multikultural və tolerant siyasət barədə geniş məlumat verib. Vaşinqton konfransının yekunu olaraq irəli sürülmüş din azadlığının irəlilədilməsi üzrə bəyanatların bir neçəsinə Azərbaycan tərəfi də qoşulub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

