/ / Seyran Xitilova: “Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək”
Seyran Xitilova: “Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək”
04.11.2020 [18:04]
Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Gənclər bütün sahələrdə Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Onu da qeyd edək ki, dövlətimizin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Hazırda dövlətin diqqət və qayğısından güc alan gənclərimiz artıq yeni bir gücə çevriliblər. Bu gün təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə təhsil alan və yaşayan gənclərimiz də aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və diaspor fəaliyyətində də könüllü şəkildə iştirak edərək, ölkəmizin aktiv təbliğatını aparırlar. Bu sırada qardaş Türkiyənin müxtəlif şəhərlərində təhsil alan gənclərimizin fəaliyyətini də qeyd etmək yerinə düşər. Belə gənclərdən biri də Seyran Xitilovadır. Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində təhsil alan Seyran bizə müsahibəsində həm görülən işlər barədə məlumat verib, həm də bu şəhərdə diaspor təşkilatımızın yaranmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Dənizlidəki azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün bir mərkəzdən, vahid proqram əsasında addım atılması mücbət nəticə verə bilər.
Xatırladaq ki, Seyran İlham qızı Xitilova 2001-ci il martın 10-da Qəbələ rayonunda anadan olub. 2007-ci ildə Qəbələ rayon Tüntül kənd M.Müşfiq adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və elə həmin ildə Pamukkale Universiteti Tekstil mühəndisliyi ixtisasına qəbul olub.
- Pamukkale Universitetində neçə azərbaycanlı tələbə təhsil alır və universitet rəhbərliyi azərbaycanlı olaraq sizə lazımi diqqət göstərirmi?
- Rəsmi olaraq neçə nəfər olduğuna dair dəqiq məlumatım yoxdur, amma az deyil. Ümumiyyətlə, universitetimizin xarici tələbələrə olan diqqəti təqdirəlayiqdir.
- Pamukkale Universitetindəki digər ölkələrin tələbələri ilə əlaqələriniz necədir? Birgə ölkələrin tanıtım tədbirlərində iştirak edirsizmi?
- Universitetimizdə 106 fərqli ölkədən olan tələbə təhsil alır. Mütəmadi olaraq görüşlər təşkil edilir, müxtəlif mövzularda toplantılar keçirilir. Mədəniyyət gəcəsi,ölkə tanıtımı kimi bir çox tədbirlərdə yaxından iştirak etmiş biri kimi deyə bilərəm ki,bu cür tədbirlərin həm başqa ölkələrin mədəniyyətini öyrənməkdə, həm də tələbələrin sosial aktivliyində böyük faydası var.
- Universitetdə, ümumiyyətlə Dənizlidə Azərbaycanı necə tanıdırsız?
-Az öncə dediyim kimi, bir çox ölkənin tanıtımı layihələri və tədbirləri gərçəkləşdirilir. Eyni zamanda, azərbaycanlı tələbələr olaraq biz də ölkəmizlə bağlı bir sıra tədbirlər keçirmişik. Onu da deyim ki, Xocalı və 20 Yanvar faciələrinin ildönümləri ilə bağlı anım tədbirləri universitet rəhbərliyi tərəfindən xüsusi olaraq nəzərə alınır. Yəni bu tədbirlərin keçirilməsinə universitetin rəhbərliyi tərəfindən xüsusi dəstək göstərilir.
- Bəs, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Dənizli ictimaiyyətinə çatdırılması üçün hansı addımları atırsınız?
- Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında mütəmadi olaraq həm Pamukkale Universitetinin müxtəlif ölkələrdən olan tələbələrinə, həm də Dənizli ictimaiyyətinə məlumatlar veririk. Eyni zamanda, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribatdan sonra başladığmız Vətən müharibəsinın gedişi və ötən müddət ərzində cəbhədə məğlub olan Ermənistanın mülki əhalimizə qarşı həyata keçirdiyi terror aktları barədə burada bacardığımız qədər məlumatlar yayırıq. Ermənilərin dinc əhalimizə qarşı etdikləri terror əməlləri hər birimizi məyus edib. Lakin buna baxmayraq, sevinirik ki, rəşadətli Azərbaycan Ordusu işğalçılara lazımi cavab verir. Ordumuzun əldə etdiyi uğurlar, torpaqlarımızın işğaldan azad olması hər birimizin qürur mənbəyinə çevirilib.
- Azərbaycanlı tələbələrin universitetdə həmrəyliyi və ictimai aktivliyi hansı səviyyədədir?
- Bir çox tədbirlərdə öz birliyimizi çox gözəl şəkildə göstərmişik. Bütün hallarda xaricdə təhsil alan azərbaycanlı gənclərin ictimai fəaliyyətlə də məşğul olmaları vacibdir.
- Bu gün Dənizlidə Azərbaycan diaspor təşkilatının yaradılmasına nə dərəcədə ehtiyac var?
- Belə bir diaspor təşkilatının yaradılmasına ehtiyacın böyük olduğunu düşünürəm. Həm daha həmrəy olmaq, həm də tanımadığımız digər azərbaycanlı tələbələri tanıyıb onların ehtiyacları və problemləri ilə yaxından tanış olmaq baxımından bu diaspor təşkilatının bizə böyük köməkliyi olacağını düşünürəm. Bura bizim üçün həm də bir Azərbaycan evimiz olar. Vətənimizin qoxusunu buradan almış olarıq. Eyni zamanda Dənizlidə hər hansı diaspor təşkilatının yaradılması ümumi olaraq bu şəhərdəki gənclərimizin ictimai aktivliyini daha da gücləndirər. Bir sözlə, Dənizlidə diaspor təşkilatının yaranması bu şəhərdəki gənclərimizin fəaliyyətinə də əlavə stimul verəcək. Bu təşkilat vasitəsilə birləşə və səsimizi daha da böyük kütlələrə çatdıra bilərik. Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Biz birlikdə güclüyük” şüarının haqqını vermək, birləşmək üçün bu təşkilata ehtiyacımızın olduğunu düşünürəm.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

