/ / Günay Səlimzadə: Ermənistan ordusunun artilleriya atəşi nəticəsində xəsarət alan 121 mülki şəxsin 30-u qadın, 7-si uşaqdır
Günay Səlimzadə: Ermənistan ordusunun artilleriya atəşi nəticəsində xəsarət alan 121 mülki şəxsin 30-u qadın, 7-si uşaqdır
06.10.2020 [09:39]
Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Oktyabrın 5-i saat 12-yə olan son məlumata əsasən, mülki əhali arasında 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır. Bundan başqa, 121 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 30-u qadın, 7-si isə uşaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Günay Səlimzadə oktyabrın 5-də keçirilən brifinqdə deyib.
Günay Səlimzadə bildirib ki, oktyabrın 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı növbəti dəfə cinayət törədilib. Həmin gün saat 10 radələrində işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və döyüş bölgəsindən 500 kilometrdən çox məsafədə yerləşən Gəncə şəhərinin, eləcə də əhalimizin sıx yaşadığı məntəqələr ağır artilleriyadan atəşə tutulub. Ümumilikdə Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atılıb. Xoşbəxtlikdən 5 raket partlamayıb. Qalan 2 raketin partlaması nəticəsində bir mülki şəxs – 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib. Eyni zamanda, mülki infrastruktura və evlərə külli miqdarda ziyan vurulub. Həmin 32 şəxsdən 19-u qadın, 5-i isə uşaqdır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma “rejim”in qondarma “başçısı” Araik Arutunyan oktyabrın 4-də “Facebook”dakı səhifəsində Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələrinin atəşə tutulması barədə göstəriş verdiyini açıqlayıb. Bu fakt üzrə Araik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Araik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülür. Bununla bağlı Baş Prokurorluq tərəfindən bütün beynəlxalq qurumlara müraciət ediləcək.
“Göstərilən faktlar bir daha sübut edir ki, Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edir, BMT Baş Assambleyasının 1974-cü il tarixli “Fövqəladə vəziyyət və hərbi münaqişələr zamanı qadın və uşaqların müdafiəsi haqqında” Bəyannaməsi ilə üzərinə düşən öhdəlikləri icra etməyərək dinc mülki əhalimizi qəsdən hədəfə alır. Bununla da kifayətlənməyən Ermənistan tərəfi oktyabrın 4-də saat 22 radələrindən başlayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı birləşmələri tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən hədəfə alınmaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometrdən çox uzaqlıqda yerləşən, Azərbaycanın sənaye şəhəri, 100 mindən çox əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutulub. Atılmış 3 raketdən 2-si xoşbəxtlikdən partlamayıb. Həmin raketlərdən biri “Azərbaycan” İstilik Elektrik Stansiyasının qarşısına, digəri yaşayış məntəqəsinin yaxınlığına düşüb. Üçüncü raketin partlaması nəticəsində 5 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, evlərə də külli miqdarda ziyan dəyib”, - deyə Günay Səlimzadə vurğulayıb.
Diqqətə çatdırılıb ki, baş vermiş bu cinayət hadisələri ilə bağlı rayon prokurorluqları tərəfindən ümumilikdə 19 cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Yaralananların xəsarətlərinin ağırlıq dərəcələrini, o cümlədən mülki infrastruktura və evlərə dəymiş maddi ziyanın məbləğini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işləri üzrə istintaq davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

