/ / “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil edilib
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil edilib
15.08.2020 [00:53]
Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər çərçivəsində avqustun 14-də Ədliyyə Nazirliyi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.
İctimai müzakirədə iştirak edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova qeyd olunan istiqamətdə ədliyyə fəaliyyəti, işin təşkili barədə ətraflı məlumat verib, ölkədə vətəndaşlıq vəziyyəti aktlarını həyata keçirən qurumlar, “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrinin fəaliyyətindən danışıblar.
Bildirilib ki, pandemiya dövründə nazirlik tərəfindən innovasiyalar və informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə bütün fəaliyyət istiqamətləri üzrə vətəndaşlara hüquqi yardım göstərilir. Bütün bunlar vətəndaşlıq məmnunluğunu təmin etmək və əhaliyə layiqincə ədliyyə xidməti göstərmək məqsədi daşıyır.
Qeyd olunub ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının təmini, cəmiyyətdə bir çox mühüm hüquqi və sosioloji prosedurlarda vacib rol oynayır. Hər bir insan həyatı boyunca vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı qeydiyyat şöbələrinə müraciət edir. Bu aktlar Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri və icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən həyata keçirilir. Hazırda bu fəaliyyətlə Ədliyyə Nazirliyinin 104 qeydiyyat şöbəsi və nikah evi məşğul olur. O cümlədən Bakıda 5, Azərbaycanın müxtəlif bölgələrində isə 15 “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri fəaliyyət göstərir. Doğumun, nikahın qeydə alınması və pozulması, atalığın müəyyənləşdirilməsi, övladlığa götürülmə, ad, soyad, ata adının dəyişdirilməsi, ölümün dövlət qeydiyyatı və sair əməliyyatlar Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.
Məlumat verilib ki, doğumun dövlət qeydiyyatına alınması üçün vətəndaşlar nazirliyin qeydiyyat şöbələrinə müraciət etməlidir. Bundan əlavə, 1 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Ədliyyə Nazirliyi qeydiyyat şöbəsində onlayn növbə ilə müraciət edən hər bir vətəndaş qeydiyyat şöbəsində həyata keçirilən bütün xidmətlərdən yararlana bilər. Qanunvericiliyin tələbinə görə doğumun dövlət qeydiyyatı bir ay müddətində müəyyənləşdirilib. Hazırda doğumun qeydiyyatı avtomatlaşdırılmış qaydada aparılır. Doğum faktı baş verdikdə bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülür və uşağa avtomatlaşdırılmış rejimdə təkrar olunmayan və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FIN) verilir. Bu uşaqları eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkarlamaya, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərilməklə valideynləri qeydiyyat şöbəsinə dəvət etməyə, qeydiyyatdan yayınanları inzibati məsuliyyətə cəlb etməyə əsas verir. Bundan başqa, qeydiyyat şöbələrinin əməkdaşları doğum evlərinə gedir və doğumun səyyar qaydada qeydə alınması işi təşkil olunur. Anaya doğum haqqına şəhadətnamə doğum evini tərk etmədən təqdim olunur. Ötən il 3474, bu ilin altı ayında 920 doğumun səyyar qaydada belə qeydiyyatı aparılıb.
Ev şəraitində doğulan uşaqların müəyyənləşdirilməsi və qeydiyyatı sahəsində də bir sıra işlər görülür, maarifləndirmə işləri aparılır, vətəndaşlara hüquqi yardım göstərilir. 2020-ci ilin altı ayında ev şəraitində 83 belə uşaq doğulub. Bu rəqəm 2019-cu ildə 148 olub. Onlardan 139-nun sənədləşmə işi həyata keçirilib, digərlərinin isə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı valideynlərinə hüquqi yardım göstərilib. Doğumu qeydə alınmamış uşaqlarla bağlı qeydiyyat şöbəsinin əməkdaşları bölgələrdə doğumun qeydiyyatının əhəmiyyəti barədə əhali arasında maarifləndirmə işi aparır, müvafiq sənədləşmənin aparılması sahəsində valideynlərə hüquqi yardım göstərilib.
Diqqətə çatdırılıb ki, valideynlər uşaqlara ad seçimində çətinliklərlə rastlaşırlar. Adın, soyadın, ata adının verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Bu qərara görə uşağın mənafeyinə xələl gətirəcək, cinsinə uyğun gəlməyən, gülünc adların verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərin tətbiqi Azərbaycan ədəbi dil normalarına uyğun olmayan adların qoyulmasının qarşısını almağa imkan verir. Qeydiyyat şöbəsinin hüququ və vəzifələrindən biri də müraciət edən valideynlərə uşaqları üçün seçilən adların izahını və tövsiyələrini verməkdir. Ədliyyə Nazirliyinin rəsmi saytındakı elektron xidmətlər bölməsində valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və sair informasiya almaq üçün axtarış sistemi də yaradılıb.
Vurğulanıb ki, “ASAN xidmət” mərkəzlərindəki Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə vətəndaşlar ən çox doğum və nikah üçün elektron müraciətlər edirlər. Onlar qeydiyyata alınır və vətəndaşlara cavab yazılır. Bundan başqa, elektron xidmətlər Ədliyyə Nazirliyinin saytındakı dövlət xidmətləri bölməsində yerləşdirilib. Vətəndaşlar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün elektron qaydada müraciət edə bilərlər.
Qeyd olunub ki, nikahın dövlət qeydiyyatı məsələsi də Ədliyyə Nazirliyinin rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Nazirliyin qeydiyyat şöbəsinin əməkdaşları bölgələrdə qeyri-rəsmi nikah münasibətlərində olan şəxsləri müəyyənləşdirir, onlara hüquq və vəzifələrini izah edir, sonra isə ərizələri qəbul edilərək nikahları dövlət qeydiyyatına alınır. Bunun nəticəsində 2019-cu ildə 1391, 2020-ci ilin altı ayı ərzində isə 454 cütlük qeydiyyat orqanına müraciət edərək nikahını rəsmiləşdirib.
Pandemiya dövründə təntənəli nikahların keçirilməsi tədbirləri də təxirə salınıb. Qeydiyyat şöbələrində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Nikahın rəsmiləşdirilməsi üçün müraciət edənlərin nikahları burada yaradılan otaqlarda qeydə alınır. Müraciət edənlərin sağlamlığını düşünərək iştirakçıların sayında məhdudiyyətlər qoyulub.
İctimai müzakirədə, həmçinin məlumat verilib ki, son zamanlar nikahın pozulmasında dinamikliyin artması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür. Bununla əlaqədar qeydiyyat şöbələrinə psixoloqlar cəlb edilib. Qeydiyyat şöbələrinə nikahın pozulması üçün müraciət edənlərə psixoloqla görüşmək təklif olunur. Bu görüşlərdən sonra bəzi vətəndaşlar nikahın pozulmasından imtina ediblər. Görülən bu işlər nəticəsində nikahın pozulmasının dinamikasında azalma müşahidə edilir. Ailələrin barışığına nail olunması isə Ədliyyə Nazirliyinin böyük uğuru sayıla bilər və bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə təkan verir.
Onlayn ictimai müzakirədə, həmçinin övladlığa götürmə, nikah yaşı, atalığın müəyyənləşdirilməsi, əcnəbilərlə nikahın bağlanması və sair məsələlərlə bağlı sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

