Vətəndaşların rifahının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir
22.06.2020 [23:40]
Keçdiyimiz günlərdə Azərbaycan hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən daha bir addım atdı. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə modul tipli üç yeni xəstəxana istifadəyə verildi. Bu çətin sınaq günlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kompleks tədbirlərin nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət üçün nümunəvi ölkəyə çevrilməsi, əhalinin rifahının qorunması və davamlı yaxşılaşdırılması, makroiqtisadi sabitliyin saxlanılması dövlət büdcəsinin səmərəli istifadəsindən xəbər verir. Ona görə də təsadüfi deyil ki, 2019-cu il üzrə Azərbaycan korrupsiyaya qarşı mübarizədə Avropa Şurasına üzv 50 ölkə arasında yeddinci, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında isə birinci yerdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
O deyib: “Son illərdə aparılan dərin struktur və kadr islahatları yalnız korrupsiyaya və rüşvətxorluğa deyil, “kölgə iqtisadiyyatı”na da böyük zərbə vurub. İqtisadiyyatın “ağardılması”nda əsas prioritet istiqamətlərdən biri də əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsidir. Dövlət Vergi Xidməti tərəfindən görülən əməli tədbirlər nəticəsində qeyri-formal əmək müqavilələrinin qeydiyyata alınmasında ciddi artım müşahidə olunub və bu hal COVID-19-dan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi prosesində də uğurla davam edib”.
Deputat bildirib ki, karantin rejimi çərçivəsində bəzi sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dayandırılmasını nəzərə alan Prezident İlham Əliyev zərərçəkmiş sahibkarların fəaliyyətlərini bərpa etmələri və makroiqtisadi sabitliyin qorunması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi prosesini davam etdirməkdədir. Belə ki, Azərbaycan Prezidentinin 2020-ci il 4 iyun tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub. Bu qaydaya əsasən sahibkarların dövlət zəmanətində olan biznes kreditlərinə çıxış imkanları genişlənib.
“Bundan başqa, ölkədə xüsusi vergi rejimi ilə yanaşı, müvəqqəti vergi rejimi də tətbiq olunmaqdadır. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilmə müddətləri, vergi rejiminin seçilməsi ilə bağı məsələlər tənzimlənib. Lakin bir məqamı da təəssüflə vurğulayıram ki, vergi güzəştləri “kölgə iqtisadiyyatı”nda gizlənən sahibkarlara şamil olunmur. Belə sahibkarlara müraciətim odur ki, dövlətimizin qanunları və qərarları əsasında fəaliyyət göstərsinlər”, - deyə M.Əfəndiyev əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

