Mustafa Babanlı: Universitetin bütün korpuslarında vaxtaşırı dezinfeksiya işləri aparılır
13.06.2020 [22:25]
Dünyanın inkişaf etmiş ölkələrində koronavirus pandemiyasının kütləvi yayılması ilə əlaqədar yaranmış panikanın fonunda Azərbaycan Respublikasında qabaqlayıcı və ardıcıl atılmış addımlar sayəsində kəskin epidemioloji vəziyyətin yaranmasının qarşısı alındı. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması ilə pandemiyanın Azərbaycanda yayılmasına qarşı təxirəsalınmaz tədbirlər vaxtında və yüksək çevikliklə həyata keçirilməyə başlandı. İlk yoluxma faktlarından dərhal sonra respublikanın təhsil müəssisələrində tədris prosesinin dayandırılması epidemiyanın kəskin şəkildə yayılmasının qarşısının alınmasında mühüm rol oynadı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib.
Rektor qeyd edib ki, ölkə ərazisində yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusi rejimin və SMS icazə sisteminin tətbiqi, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağası, Bakı və Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması, metronun fəaliyyətinin müvəqqəti dayandırılması və xüsusi ekspress avtobusların hərəkətinin təşkil olunması, ictimai iaşə müəssisələrinin fəaliyyətinin əvvəlcə qismən, sonradan tam dayandırılması, iri ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması kimi vaxtında və düzgün şəkildə atılan addımlar ölkədə pandemiyanın ağır fəsadlar törətməsinin qarşısını aldı. Pandemiya ilə mübarizədə Azərbaycanın atdığı səmərəli addımlar bir sıra xarici kütləvi informasiya vasitələrində də geniş işıqlandırıldı və ölkəmiz nümunə olaraq göstərildi.
“Epidemiya ilə mübarizədə ilk döyüşdən qalib çıxan Azərbaycan xəstəliklə sonrakı mübarizəyə daha səfərbər olunmuş vəziyyətdə idi. Qısa müddətdə respublikada maska istehsal edən fabrik və yeni xəstəxanalar istismara verildi, zəruri tibbi avadanlıq və medikamentlərin ehtiyatı artırıldı, eyni zamanda, ölkəmizin səhiyyə sistemi xəstəliklə mübarizədə misilsiz təcrübə qazandı”, - deyə M.Babanlı vurğulayıb.
O bildirib ki, belə bir şəraitdə bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda həyatın tədricən normal axarına düşməsi üçün karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına qərar verildi. Təəssüf ki, bir sıra vətəndaşlarımız vəziyyətin ciddiliyinin fərqinə varmadan davrandı. Bəzilərinin təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsi olaraq yoluxanların sayının artmasını təhlükəli tendensiya kimi dəyərləndirən rektor insanları ictimai yerlərdə və nəqliyyatda sosial məsafəni qorumaqla, qoruyucu vasitələrdən istifadə etməklə özlərini və yaxınlarını bu xəstəlikdən qorumağa səsləyib.
“Çoxminli tələbə kontingenti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərslərin martın 29-dan etibarən onlayn formatda keçirilməsinə və hazırda imtahanların da internet üzərindən aparılmasına, işə məhdud sayda əməkdaşın gəlməsinə baxmayaraq, binaya maskasız giriş qadağandır. Girişdə hər kəsin hərarəti yoxlanılır, hər mərtəbədə bir neçə yerdə əllərin dezinfeksiya olunması üçün istifadə olunan gigiyena vasitələri vardır. Maskalardan istifadə və sosial məsafənin qorunması ilə bağlı mütəmadi yoxlamalar aparılır, qaydalara əməl olunmaması halına rast gəlinərsə, həmin şəxsə qarşı tədbir görülür. Universitetin bütün korpuslarında vaxtaşırı olaraq dezinfeksiya işləri aparılır”, - deyə rektor M.Babanlı qeyd edib.
İyunun 8-dən start götürən onlayn imtahanlarda tələbələrin iştirak göstəricisinin təqribən 97 faizi, onların da 99,2 faizinin imtahanlarda qiymət aldığını vurğulayan M.Babanlı tələbələrin onlar üçün yaradılmış şəraitdən məmnun olduqlarını söyləyib.
Bəşəriyyətin pandemiyanın öhdəsindən tezliklə gələcəyinə, vətəndaşlarımızın Azərbaycan hökumətinin tövsiyələrinə əməl etmələri sayəsində xalqımızın bu bəladan minimal zərərlə çaxacağına ümidvar olduğunu deyən rektor vurğulayıb ki, əgər pandemiya davam edərsə, ADNSU dövlət başçısının və hökumətin qəbul elədiyi qərarlara uyğun olaraq tədris prosesini aparacaq. “Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim ki, biz tələbələrimizin sosial şəbəkələrdə və ümumiyyətlə ölkənin ictimai həyatında daha çox təbliğat apara bilmələri üçün də onlara müəyyən tövsiyələr veririk. ADNSU-nun tələbələrinin və əməkdaşlarının sayı kifayət qədər çoxdur və bu ziyalı təbəqədir və onlar da ətrafda olan insanları, qohumlarını, yaxınlarını maarifləndirmə işində bizə yaxından kömək edirlər”, - deyə rektor bildirib.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

