/ / Milli Məclisin deputatı Ağalar Vəliyevin Qızılhacılı qəsəbəsində seçicilərlə növbəti səyyar görüşü olub
Milli Məclisin deputatı Ağalar Vəliyevin Qızılhacılı qəsəbəsində seçicilərlə növbəti səyyar görüşü olub
05.06.2020 [08:53]
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində seçicilərlə növbəti səyyar görüşü keçirilib. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.
Goranboy rayonunun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirak etdiyi, səmimi və işgüzar şəraitdə keçən görüşdə 8 minə yaxın əhalisi olan qəsəbənin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Millət vəkili ölkə əhalisinin içməli su ilə təminatının və kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən Goranboy rayonunda aparılan işlər barədə seçicilərə ətraflı məlumat verib.
Deputat bu günlərdə Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyi videokonfransda Azərbaycanda suvarma ilə bağlı planlardan bəhs olunduğunu, böyük su itkilərinin qarşısınınalınması üçün yeni su infrastrukturunun və idarəetmə sisteminin yaradılmasının zəruriliyinin vurğulandığını xatırladıb.
Milli Məclisin üzvü qeyd edib ki, bu məqsədlə yaradılan xüsusi hökumət komissiyası tərəfindən ölkənin su potensialı yenidən qiymətləndiriləcək, bu istiqamətlərdə yeni prioritetlər və yatırılacaq investisiyaların həcmi müəyyənləşdiriləcək. Suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi, texniki və maliyyə dəstəyi baxımından bu işlərə Asiya İnkişaf Bankı və digər beynəlxalq iqtisadi və maliyyə qurumlarının cəlb edilməsinə əlverişli şərait yaradılacaq.
Ağalar Vəliyev Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bilavasitə dəstəyi ilə yeni artezian quyusunun qazılmasını təşkil ediləcəyini və yaxın vaxtlarda bütün müasir standartlara cavab verən artezian quyusunun istifadəyə veriləcəyini vurğulayıb.
Səyyar görüşdə Qızılhacılı qəsəbə sakinləri sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

