UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
27.02.2020 [09:51]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Arzu və Murad” tamaşası nümayiş olunub.
UNEC-in yaradıcı və istedadlı tələbələrinin rol aldığı tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub. Səhnə əsərinin premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru isə Vahid Orucoğlu olan tamaşada rolları UNEC Tələbə Teatrının üzvləri Yasin Əhmədov, Heyran Mehdiyeva, İlham Quliyev, Aslan Əzimzadə, Rəşad Aslanov, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı canlandırıblar. Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı UNEC-də, eləcə də universitetin Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər keçirilib, rəsm sərgisi təşkil edilib. UNEC-in əsas tədris binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan “Xatirə ağacı” ziyarət olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31

