Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib
15.11.2019 [10:11]
Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov iclasın Bakıda keçirilməsindən məmnunluğunu bildirərək deyib: “Bu iclas artıq dördüncü dəfədir Bakıda keçirilir. Builki iclas isə ölkəmizin gənclər siyasəti üçün əlamətdar bir dövrə - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyinə təsadüf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Ötən 25 il ərzində bu sahədə mühüm nailiyyətlər əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün ölkəmizdə gənclərin inkişafı üçün hər cür imkanlar yaradılıb”.
Azərbaycan əhalisinin 26 faizini təşkil edən gənclərin inkişafına mühüm diqqət yetirildiyini vurğulayan A.Rəhimov ölkəmizdə gənclər siyasəti üçün mükəmməl hüquqi bazanın formalaşdığını qeyd edib. Azərbaycanın MDB məkanında gənclər siyasətinin inkişafında və bu sahədə əməkdaşlığın dərinləşdirilməsində fəal iştirakından danışan nazir deyib: “İkitərəfli müqavilələr tərəfdaşlarımızla münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Əminik ki, gənclər sahəsində əməkdaşlıq gələcəkdə daha geniş vüsət alacaq”.
Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya iclasın əhəmiyyətini qeyd edərək, MDB-yə üzv dövlətlərdə gənclər sahəsinin daha da inkişaf etməsi üçün son illər həyata keçirilən tədbirlərdən danışıb. Gənclərin inkişafında əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan M.Borovskaya deyib: “Ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əminik ki, gələcəyimiz olan gənc nəslin inkişafı istiqamətində səylərimizi birləşdirərək daha böyük nailiyyətlər qazanacağıq”.
Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlərlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə gənclər sahəsində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər həyata keçirilir: “Azərbaycan gəncləri beynəlxalq səviyyədə mühüm uğurlar əldə edirlər. Ölkəmizdə müvafiq dövlət qurumları gənclər təşkilatlarının daha geniş miqyasda fəaliyyətinə hərtərəfli dəstək göstərirlər. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə sanballı töhfələr verirlər”.
Tədbirdə MDB üzv dövlətlərində həyata keçirilən dövlət gənclər siyasəti, “MDB ölkələrinin gənclərlə iş sahəsində beynəlxalq əməkdaşlıq strategiyası”nın 2018-2020-ci illər üzrə Tədbirlər Planı, “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi, “MDB Gənclər paytaxtı”nın seçilməsinin əsasnaməsi və sair olmaqla ümumilikdə 14 məsələ müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.
Şuranın iclası çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb.
Gənclərlə İş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51

