Badamdarda 3-cü yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur
25.10.2019 [09:53]
“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. ASC-nin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yararsız vəziyyətdə olduğundan tez-tez baş verən qəzalar su axıntısına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 kilometr uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək.
3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 kilometr olan kanalizasiya xətləri inşa olunacaq və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin olunacaq.
Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihəyə uyğun olaraq qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün “+ 152 Alatava” su anbarından Badamdar qəsəbəsinə 11 kilometr magistral kəmər çəkilib. Bununla da “+190 Badamdar” və “+220 Badamdar” anbarlarına suyun verilməsi təmin edilib. Badamdar qəsəbəsində 45 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentə birləşmə verilərək sayğac quraşdırılıb. Eyni zamanda, layihənin əhatə etdiyi ərazidə 28 kilometr yeni kanalizasiya şəbəkəsi inşa edilib. Bu layihədən 30 minədək sakin faydalanıb.
Qeyd edək ki, hazırda Səbail rayonunun Bibiheybət qəsəbəsi və 20-ci sahə yaşayış massivlərində də içməli su və kanalizasiya layihələri icra olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

