Məhkəmə fəaliyyətinə dair qanunvericiliyin yeni müddəaları öyrənilir
09.01.2019 [09:54]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha çevik və keyfiyyətlə baxılması, məhkəmələrdə aşkarlığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.
Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş müşavirədə yeni qanunvericiliyin icrasının təşkili üzrə tədbirlər təxirəsalınmadan müzakirə olunaraq məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində daha səmərəli qurulması qeyd edilib. Bununla əlaqədar xüsusi işçi qrup yaradılıb, tədbirlər planı hazırlanıb, silsilə təlimlərin və digər maarifləndirmə tədbirlərinin keçirilməsi müəyyən olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına uyğun olaraq, yanvarın 8-də Ədliyyə Nazirliyində qanunvericiliyin yeni müddəalarının öyrənilməsi və düzgün tətbiq edilməsi məqsədilə hakimlər üçün təlim keçirilib.
Təlimə respublikanın bütün apellyasiya məhkəmələrinin və aidiyyəti kollegiyalarının, inzibati-iqtisadi və paytaxtın rayon məhkəmələrinin sədrləri cəlb olunub. Tədbirdə nazirliyin, o cümlədən Ədliyyə Akademiyasının, habelə Məhkəmə-Hüquq Şurasının məsul işçiləri də iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov qanunvericilikdəki yeniliklərdən bəhs edərək, onların məhkəmə fəaliyyətinin “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqla səmərəliliyinin artırılmasına, məhkəmə prosesi iştirakçılarının hüquq və vəzifələrinin daha asan və operativ həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb, qanunun düzgün tətbiqində hazırkı təlimin əhəmiyyətini diqqətə çatdırıb.
Ali və Bakı apellyasiya məhkəmələrinin təlimçi-hakimləri tərəfindən yeni qanunların mahiyyəti, bununla bağlı hakimlərin üzərinə düşən vəzifələr dinləyicilərə aşılanıb. Bildirilib ki, dəyişikliklərə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması, bu zaman proses iştirakçılarına məhkəmə sənədlərinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə (elektron poçt, SMS, elektron kabinet və s.) dərhal çatdırılması, dövlət rüsumlarının sadələşdirilmiş qaydada elektron ödəniş sistemi vasitəsilə ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni qanunvericiliklə vətəndaşların mənafelərinin təmin edilməsi, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə bəzi kateqoriya işlərə baxılmasının və qərarların daha tez qüvvəyə minməsinin sadələşdirilmiş məhkəmə prosedurları, habelə məhkəmə statistikasının elektronlaşdırılması və digər mühüm yeniliklərin tətbiqi təsbit olunub.
Təlimdə qanunvericiliyin yeni müddəaları dərindən təhlil olunaraq praktikada yaranacaq kazusların həlli yolları müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallara aydınlıq gətirilib.
Sonra yeni qanunların düzgün tətbiqi ilə bağlı prezentasiya keçirilərək məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında “Elektron məhkəmə” informasiya sisteminin imkanları, o cümlədən vahid məhkəmə portalı, vətəndaşların şəxsi kabineti, dövlət rüsumlarının elektron ödəniş sistemi, elektron icra sistemi və s. nümayiş etdirilib.
Dinləyicilər üçün qanunun düzgün tətbiqində böyük əhəmiyyət kəsb edən belə təlimlərin hər bir bölgədə bütün hakimlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

