TÜRKAP-ın fəaliyyəti türk dünyası üçün çox əhəmiyyətli olacaq
07.12.2018 [10:08]
Resmiye Canaltay: Bakıdakı görüşlərdə təşkilatın gələcək fəaliyyəti, qadınların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən və görülməli olan işlər, birgə əməkdaşlıq istiqamətində reallaşdırılması mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparıldı
Xəbər verildiyi kimi, Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndə heyəti ötən həftə ölkəmizdə səfərdə olub. Türkiyə Böyük Millət Məclisinin üzvü Mihrimah Belma Satırın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Milli Məclis sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası İdarə Heyətinin üzvləri ilə görüşüblər. Səfər çərçivəsində “Yeni Azərbaycan” qəzetinə özəl müsahibə verən nümayəndə heyətinin üzvü, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ulusal Birlik Partiyasının Qazimaqusa millət vəkili Resmiye Canaltay deyib ki, həmin görüşlərdə təşkilatın gələcək fəaliyyəti, qadınların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən və görülməli olan işlər, birgə əməkdaşlıq istiqamətində reallaşdırılması mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
TÜRKAP-ın əsas məqsədi türk dünyası qadınları arasında dialoqun daha da gücləndirilməsinə nail olmaqdır
Resmiye Canaltay (xatırladaq ki, o, ŞKTC-nin keçmiş prezidenti Derviş Eroğlunun qızıdır - N.A) öncə onu bildirib ki, qloballaşan dünyada türkdilli ölkələr arasında münasibətlərin daha da güclənməsi vacibdir: “Heç şübhəsiz, bu münasibətlərin güclənməsinə türk dünyasının qadınları da böyük töhfələr vermək imkanındadır. Eyni zamanda, Bakıdakı görüşlərimizdə də vurğulandığı kimi, qadın hüquqlarının müdafiəsi istiqamətində türkdilli ölkələrin əməkdaşlığı çox vacibdir. Elə bu ilin sentyabrında İstanbulda təsis olunan TÜRKAP-ın əsas məqsədi həm yuxarıda göstərilən istiqamətdə fəaliyyət göstərmək, həm də ortaq siyasi-mədəni tədbirlərin təşkili, türk dünyası qadınları arasında dialoqun gücləndirilməsi istiqamətində addımlar atmaqdır”.
Bakıda keçirilən görüşlərin maraqlı məqamlarla yadda qaldığını deyən müsahibimizin sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü ilə yaranan bu təşkilatın çox müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib: “Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri ilə görüşlərdə türkdilli ölkələrlə əməkdaşlığın gücləndirilməsinin, həyata keçirilən layihələrdə səmərəliliyin artırılmasının əhəmiyyəti qeyd edildi”.
Onun sözlərinə görə, TÜRKAP təsis olunduğu vaxtdan etibarən qısa zaman ərzində keçirilən görüşlər, səslənən təkliflər onu deməyə əsas verir ki, təşkilatın fəaliyyəti türk dünyası üçün çox əhəmiyyətli olacaq: “Nümayəndə heyətimizin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Mihrimah Belma Satırın da Bakıdakı görüşlərdə qeyd etdiyi kimi, türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmalarıdır”.
Şimali Kiprdə qadınların siyasi fəallığının artırılmasına ehtiyac var
“ŞKTC olaraq bu təşkilatda təmsil olunmaqdan çox xoşbəxtik. Biz ŞKTC təmsilçiləri olaraq gənclərimizin, uşaqlarımızın gələcəyə daha yaxşı baxması üçün çalışırıq və çalışacağıq”, - deyən Resmiye Canaltay əlavə edib ki, ŞKTC-də qadınlar əslində çox ictimaiyyətçi, fəal qadınlardır.
“Lakin hesab edirik ki, qadınlar siyasətdə daha da fəal olmalıdırlar. ŞKTC-də keçirilən son parlament seçkilərində partiyaların qarşısında namizədlərin 30 faizinin qadın olması ilə bağlı tələb qoyulmuşdu. Buna rəğmən parlamentə cəmi 8 xanım millət vəkilinin düşə bilməsi, əslində bizdə qadının siyasətdəki yerinin çox da güclü olmadığını göstərir. Düşünürük ki, bu sahədə fəaliyyətin artırılmasına ehtiyac var. Çünki qadın bir mövqedə olduğu zaman orada qadının baxışı, qadının məntiqi öz rolunu oynayır. İnşallah, bundan sonrakı seçkilərdə qadınlarımız parlamentdə daha çox təmsil olunarlar”, - deyə Resmiye Canaltay əlavə edib.
Hər gələndə Azərbaycanın daha da inkişaf etdiyini görürəm
Müsahibəsində, eyni zamanda Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Resmiye Canaltay “Qardaş Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atılıb. Bu, çox təqdirəlayiqdir. Hazırda da Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların müxtəlif sahələrdə irəli çəkilməsi siyasəti uğurla davam etdirilir ki, bu məsələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi olaraq vurğulanmalıdır. Onu da deyim ki, bu, mənim Azərbaycana 3-cü gəlişimdir. Hər gələndə Azərbaycanın daha da inkişaf etdiyini görürəm. Eyni zamanda, Bakının inkişafı, tərəqqisi məni heyran edir. Təbii ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu inkişafa nail olunub. Məhz həyata keçirilən siyasət nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf edib. Xalqın rifah halı yaxşılaşıb. İnsanlarda Heydər Əliyev sevgisini hiss edirik. Bu dövlətin qurucusunun adı çəkiləndə insanların gözündə sevgi parıltıları görürəm. Ruhu şad olsun, çox gözəl bir ölkə yaradıb. Eyni zamanda, burada özümü öz vətənimdəki kimi hiss edirəm, Türkiyədəki kimi hiss edirəm. İnsanların qonaqpərvərliyi bizləri heyran edir. XXI əsrdə bu cür qonaqpərvərliyi qoruyub saxlamaq, doğrudan da, bir mədəni zənginlikdir. Bu zənginliyi hər zaman qoruyun. Əsl türklük budur. Azərbaycan həm də turistlərin səyahət edib, zövq alacağı bir ölkədir və ŞKTC-dən turistlərin Avropa əvəzinə bura gəlməsi üçün kampaniya başladacam”, - deyə əlavə edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

