Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Türkiyənin məşhur sənətçisi Bakı Slavyan Universitetində olub

Türkiyənin məşhur sənətçisi Bakı Slavyan Universitetində olub

04.12.2018 [10:25]

Dünən Bakı Slavyan Universitetinin növbəti qonağı qardaş Türkiyənin sevilən sənətçisi Müşərrəf Akay olub. Qonaq BSU-nun girişində tələbələrin təqdimatında Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə qarşılanıb. Foyedəki kiçik konsert proqramının ardından tədbir universitetin akt zalında davam edib. Universitetin rəhbər heyətinin, müəllim və tələbələrinin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçi ilə unudulmaz görüş keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən söhbət açıb. Daha sonra Müşərrəf Akay sənətindən, onun Azərbaycandakı heyranlarından danışıb.
Daha sonra çıxış edən ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev türk sənət ustası barədə öz müsbət fikirlərini səsləndirib. Müşərrəf Akayın Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib. Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən videoçarxı nümayiş olunub.
Nümayişin ardından “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın “Fəxri üzvü” olması münasibətilə diplom və qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib. Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31