Mütaliənin doğma səsi
28.11.2018 [09:46]
“Azercell” yeni “Audio Kitablar” layihəsini təqdim edib
Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki “Azercell Telekom” öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.
26 noyabr 2018-ci il tarixində “Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıblar. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O həmçinin qeyd edib ki, müasir dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim Teatrının bədii nömrələri ilə müşayiət olunub.
“Audio Kitablar” xidməti “Azercell” şirkətinin “Bookmate” layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata maraq aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Bookmate” mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

