"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin ümumi yığıncağı keçirilib
24.11.2018 [15:39]
Noyabrın 24-də Bakıda "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) 3-cü dönəm seçkili ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat təmsil etdiyi qurumun son bir ildəki fəaliyyətinə dair təqdimatla çıxış edib. Bildirib ki, TÜİB iki ölkənin iş adamlarını bir araya gətirmək, iqtisadi əlaqələri genişləndirmək, sahibkarlar arasında əməkdaşlıq münasibətlərini gücləndirmək məqsədilə yaradılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında tarixi köklərə söykənən qardaşlıq əlaqələrindən söz açıb və ölkəsinin Azərbaycana müstəqilliyinin bərpasından sonra müxtəlif sahələrdə fəal dəstək göstərdiyini bildirib. Qeyd edib ki, tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir. Xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə və s. bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni hər zaman bir-birinə doğma edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov diqqətə çatdırıb ki, TÜİB yarandığı dövrdən bəri ona göstərilən etimadı tam doğruldub. TÜİB türk iş adamlarını özündə birləşdirən vahid bir platforma olmaqla yanaşı, Azərbaycanın ictimai-sosial həyatında fəal iştirakı ilə seçilib. "Ölkəmizdə müxtəlif türk iş adamları qurumları fəaliyyət göstərir. Düşünürəm ki, onların vahid təşkilata çevrilməsi, yaxud vahid platformadan çıxış etməsi daha səmərəli olardı, eyni zamanda, ümumi işin keyfiyyətinə öz müsbət təsirini göstərərdi", - deyə B.Həsənov vurğulayıb.
B.Həsənov deyib ki, Türkiyədə müxtəlif sahələrdə kifayət qədər aktiv fəaliyyət göstərən azərbaycanlı iş adamları var. Onlar Türkiyənin iqtisadiyyatına öz töhfələrini verirlər. Həmin iş adamlarının birləşdirilməsi, vahid koordinasiya mərkəzinin formalaşdırılması, ortaq layihələrin həyata keçirilməsi daha da yaxşı olardı. Azərbaycanda da kifayət qədər türk şirkətləri var. Bu, sevindirici haldır. Çox istərdik TÜİB bu şirkətlərin hamısını əhatə etsin. Arzu edirik ki, sizin Cocuq Mərcanlıda apardığınız uğurlu fəaliyyətiniz çox qısa zamanda işğaldan azad olunan digər torpaqlarda da davam etsin.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, "AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrini yüksək qiymətləndirib və təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında danışıblar. Diqqətə çatdırılıb ki, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin keçirilməsi önəmlidir. Azərbaycanda 2500 türk şirkəti, Türkiyədə 1100 Azərbaycan şirkəti fəaliyyət göstərir. Bu şirkətlər fəaliyyətləri ilə hər iki ölkənin iqtisadiyyatına, inkişafına öz töhfələrini verirlər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

