/ / “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nailiyyətlərinə dair tədbir keçirilib
“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nailiyyətlərinə dair tədbir keçirilib
23.11.2018 [09:06]
Noyabrın 22-də Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (Expertise France) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nailiyyətlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirin əsas məqsədi layihənin nəticələri və perspektivləri ilə bağlı iştirakçıları məlumatlandırmaq, eyni zamanda, tərəfdaşlarla beynəlxalq təcrübəni paylaşmaq üçün imkan yaratmaqdır. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, tvininq layihəsinin heyəti, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyinin rəhbəri, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri, Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi, beynəlxalq mütəxəssislər və Bakı şəhərində yerləşən tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İTSDA-nın İdarə Heyəti sədrinin müavini Nigar Bayramova layihə çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın (İTS) ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirmə modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təsisatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflərin pilot layihənin tətbiqində böyük rol oynadığını bildirib.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, vətəndaşların daha keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsində Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edib ki, səhiyyə xərclərinin azaldılması, o cümlədən xüsusilə analara və uşaqlara daha yaxşı tibbi xidmətlərin göstərilməsi nəticəsində gələcəkdə ölkə daha məhsuldar insan resurslarına malik olacaq.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə isə qeyd edib ki, aparılan islahatlar dövründə tvininq layihəsinin icrası İTS ilə bağlı müxtəlif təcrübələrin öyrənilməsi baxımından yaxşı fürsətdir. Layihənin icrası nəticəsində Azərbaycan İTS ilə bağlı daha çox təcrübəsi olan dövlətlərlə yanaşı, onunla ortaq tarixi keçmişə malik üzv dövlətlərin də bu sahə üzrə təcrübəsini öyrənir.
İTSDA-nın Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, İTS-nin ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir: “Yol Xəritəsinə əsasən, dövlət tibb müəssisələrinin İTS sisteminə hazırlanması və maliyyə dayanıqlılığının təmin edilməsi nəzərdə tutulur”.
Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi Ula Urbaite bildirib ki, son illər ərzində Azərbaycanda səhiyyə sistemi inkişaf edib və səhiyyə xidmətlərindən istifadə daha da asanlaşıb. Onun fikrincə, Azərbaycanda İTS sisteminin idarəedilməsinin müasir tələblərə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi zəruridir.
Üzv dövlət tərəfindən layihə rəhbəri Mişel Villakın fikrincə, İTS-nin tətbiq edildiyi pilot ərazilərdə ilkin nəticələr qənaətbəxşdir: “Biz İTS-nin ölkə ərazisində tətbiq edilməsi ilə bağlı qərarı gözləyirik”. Səhiyyə sistemində mövcud resursların səviyyəsini nəzərə alsaq, İTS-nin tətbiqi Azərbaycanda səhiyyə sektoruna qoyulan investisiyalardan daha çox istifadə etməyə, o cümlədən daha səmərəli və keyfiyyətli tibbi xidmətlərin təminatına imkan yaradacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

